Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Əfqanıstanın vitse -prezidenti: ““Taliban uşaqları və qocaları oğurlayır”

Əfqanıstanın şimalındakı Bağlan əyalətinin Andarab bölgəsindəki humanitar vəziyyət radikal “Taliban” hərəkatının silahlılarının yanacaq və ərzaq tədarükünə maneə törətməsi, həmçinin yerli sakinləri oğurlaması səbəbindən son dərəcə ağır olaraq qalır.

Boyukmillet.com  “TASS”a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın vitse -prezidenti Əmrullah Saleh tvitterdəki şəxsi hesabında məlumat verib.

Onun sözlərinə görə, “Taliban” qida və yanacağın Andarab vadisinə aparılmasına icazə vermir:

“Humanitar vəziyyət ağırdır. Minlərlə qadın və uşaq dağlara qaçmağa məcbur olub. Son iki gün ərzində “Taliban” uşaqları və qocaları oğurlayır. Onları evlərdə axtarış aparan zaman canlı qalxan kimi istifadə edir”.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …