“Əbülfəz Elçibəy Turançı, Azərbaycanın dövlət maraqlarını qoruyan bir lider olub. Vaxtilə onun müavini olmuş şəxs əgər bu gün onun ideyalarının yanında deyilsə, deməli Ramiz Mehdiyevlərin oxu ətrafında fırlanır”.
Bunu TNS-ə açıqlamasında Turan Partiyasının başqanı Cahandar Bayoğlu deyib.
Partiya başqanı bildirib ki, Azərbaycanda İranın tapşırıqlarını yerinə yetirən qüvvələr var.
“Ocaq Necatlar burdan təsadüfən qovulmayıb. Amma onların təsir ikmkanları hələ də qalır. Bu gün həbsdə olan Taleh Bağırzadənin guya aclıq elan etməsi, onun polis Allahı təhqir etdi ifadələri konkret tapşırıqlar əsasında səsləndirilən fikirlər, edilən hərəkətlərdir. Nə polis Allahı təhqir edib, nə də hər hansı bir basqı olub. Onu kim müdafiə edir? Leyla Yunusun ABŞ-dakı, Əli Kərimlinin Avropadakı şəbəkəsi. Məqsəd ölkə daxilində qarışıqlıq yaradıb Azərbaycanı zəiflətməkdir. Onlar Azərbaycanın güclənməsini, bölgədə söz sahibinə çevrilməsini istəmirlər. Adama sual verərlər. Əgər sən Qərbin ideyalarının yayılmasında, ölkədə demokratik dövlət qurulmasında maraqlı olan siyasətçisənsə, sənin Tehrandan idarə olunan kuklaların yanında nə işin var? Hələ mən 2013-cü ildə “Milyarderlər İttifaqı” adı altında yaradılan Rusiya layihəsində iştiraklarını demirəm”, – Partiya başqanı bildirib.
Cahandar Bayoğlu Əli Kərimliyə sual edərək deyib: “Bu gün sən Tehran layihəsinin içindən niyə çıxırsan?”
Partiya başqanı Əli Kərimlinin son günlər verdiyi bəyanatdan da danışıb: “Əli Kərimli bəyanat verərək deyib ki, Rəsulzadə-Elçəbəy yolunda yürüyən adam necə İrançı ola bilər? İndi mən sual verirəm: “Rəsulzadə-Elçibəy ideyalarının daşıyıcıları 2013-ci ildə Moskva layihəsində necə iştirak etdi? Deməli, bu adamlar Vətənə, daşıyıcısı olduqları ideyalara xəyanət edərək İranın və Rusiyanın uzantılarına çevriliblər”.