Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Əli Kərimlinin sürücüsü narkotik satdığını etiraf etdi – VİDEO

https://www.youtube.com/watch?v=ZMd6ip31YLM

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nizami rayon Təşkilatının sədri və partiya sədri Əli Kərimlinin sürücüsü Paşa Umudov istintaqa narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, 2013-cü ildən AXCP-yə üzv olduğunu bildirən Paşa Umudov deyib ki, 2014-cü ildən AXCP Nizami rayon Təşkilatının sədri olub.

O bildirib ki, 2014-cü ilin sonlarından etibarən Əli Kərimlinin sürücüsü kimi çalışıb: “Təxminən 5 ildir ki, marixuana istifadəçisiyəm. 15 oktyabrda yaşadığım əraziyə yaxın bir yerdə polis əməkdaşları məni saxlayıb. Vəkilin iştirakı ilə üstümə baxış keçirilib və bununla bağlı çəkiliş aparılıb. Üstümdən 3 büküm qurudulmuş marixuana aşkarlanıb”.

İş üzrə saxlanılan Heydərov Bayram Müseyib oğlu bildirib ki, 2-3 ildir narkotik istifadəçisidir. O, bir neçə dəfə pul müqabilində Paşa Umudovdan narkotik aldığı deyib.

Narkotik istifadəçisi olan Quliyev Rauf Akif oğlu isə qeyd edib ki, 4-5 ay öncə Xətai rayonunda Paşa Umudov ona marixuana gətirib və onlar bunu birlikdə istifadə ediblər.

Hazırda Köhnə Günəşli qəsəbəsində yaşadığını deyən Məmmədov Mais Söhrab oğlu deyib ki, narkotik vasitəni Paşa Umudovdan alıb və istifadə edib.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …