Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Yerevanda etirazlar: “Milyonlarla dollar Ermənistandan Azərbaycana gedir”

Avtomobil idxalı ilə məşğul olan bir sıra vətəndaşlar Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirərək Nazirlər Kabinetindən, yerli işçilərdən istifadə edərək, respublikada “sağ əlli” maşınların sükan mövqeyində dəyişiklik etməyə imkan verən yanaşmalara yenidən baxılmasını tələb edirlər.

Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, onlar iddia edirlər ki, bu, yeni iş yerlərinin yaranmasına və son nəticədə büdcə gəlirlərinin artmasına gətirib çıxaracaq.

Aksiyada iştirak edən “Hüququn sərhədləri” MMC-nin direktoru, Avtomobil Sürücüləri Müdafiə Liqasının sədr müavini Gevork Ovhannisyan bildirib ki, araşdırma aparıblar və belə qənaətə gəliblər ki, ayda Ermənistandan təxminən 3 milyon dollar Gürcüstan büdcəsinə gedir və bu məbləğ sonradan azərbaycanlı sahibkarlara ötürülür: “Vəsaitlər sifarişlə Ermənistandan qonşu dövlətlərə – Gürcüstan, Azərbaycan və Türkiyəyə yönəldilir”.

Onun sözlərinə görə, sağ tərəfdən idarə olunan avtomobillərin sükan mövqeyini dəyişdirmək üçün lazım olan mexanizmlər və boyalar Türkiyədən gətirilir.

Gevork Ovhannisyan qeyd edib ki, bu gün Ermənistanda yaxşı texnika ustaları və mütəxəssislər var, amma işləməyə yerləri yoxdur.

Etirazçılar özləri ilə birlikdə hökumət başçısına təqdim etmək üçün müraciət gətiriblər. Onların sözlərinə görə, cavab olmasa, qanunun konstitusiyaya zidd olduğunu tanımaq tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edəcəklər.

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …