Cümə , 29 Mart 2024
Drone Cameras

Əli Kərimlinin yaxın adamının səs yazısı: “Heç kim gəlmir, biabır oluruq” – AUDİO

AXCP sədri Əli Kərimlinin yaxın adamlarından birinin – partiya funksioneri Məmməd İbrahimin sosial şəbəkələrdə səs yazısı yayılıb.

İbrahim Məmməd Əziz oğlu – 1966-cı ildə Yevlax rayonunda anadan olub, AXCP sədrinin müşaviri, Nərimanov şöbəsinin koordinatorudur. Partiya daxilində xüsusi aktiv və tanınmış şəxslərdəndir.

M.İbrahim 2015-ci il sentyabrın 30-da xuliqanlıq ittihamı ilə 3 il müddətinə həbs olunub.

Audioyazıda nə deyir, Məmməd İbrahim?

“Bizim qərarımız var, 4-cü gün piket keçirəcəyik ya İcra Hakimiyyətinin qabağında ya da Prezident Aparatının qabağında. Gələn gəlsin, qorxan qorxsun, bizim işimiz budur. Ona görə deyirəm ki, köhnədən gələn, təzədən gələn bizim bu işdə təcrübəmiz var. Dünən gələn adam bilmir bu nə deməkdir? Nə üçündür? Biz bilmişik haralara gedəndə nədir. Qurtarın, heç kim gəlməyəcək Lökbatana, heç kim gəlməyəcək Lökbatana. “Dvadsatı”-ya gəlmirdilər, “Dvadsatı”-ya biz 2 min, 3 min adam yığırdıq. 2 min, 3 min adam gəlmişdi “Dvadsatı”-ya. 20-ci sahədən uzaqdı Lökbatan. “Dvadsatı”-ya 2 min adam gəldi biabır olduq, biabır olduq, biabır olduq, əl çək bu Lökbatandan. Mikayıl bəy, əl çək bu Lökbatandan.”

Bu lent yazısından AXCP və Milli Şura yetkililərinin niyə Lökbatan meydanına görə cığallıq eləməsinin səbəbi aydın olur. Elektorat Əli Kərimliyə görə fədakarlıq etmək istəmir. Biabır olduqlarını görən AXCP funksionerləri isə mitinq keçirməkdən daha çox, məkanla bağlı mübahisələrə girməyə üstünlük verirlər. Çünki, Məmməd İbrahim demişkən, insanlar gəlmirlər və biabır olurlar…

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …