Cümə , 19 Aprel 2024
Drone Cameras

Əliyev Aşqabadda bu sözləri ilə Ermənistanı ALT-ÜST ETDİ – Paşinyanın DİLİ DOLAŞDI (VİDEO)

Aşqabadda keçirilən MDB dövlət başçılarının sammitində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı susdurub.

Boyukmillet.com xəbər verir ki, “RİA Novosti” sammitdə Azərbaycan lideri ilə erməni baş nazirin II Dünya Müharibəsi hadisələrinin izahı ilə bağlı mübahisə etdiklərini yazıb.

Prezident İlham Əliyev II Dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycan xalqının oynadığı rolu xatırladıb. Qeyd edib ki, MDB dövlətləri dəfələrlə faşistləri qəhrəmanlaşdırılmasına qarşı çıxıb.

“Təəssüf ki, MDB-də belə hallar baş verir, xüsusilə Ermənistanda. Ermənistanda keçmiş hakimiyyət İrəvanın mərkəzində faşistlərə xidmət etmiş Qareqin Njde ləqəbli faşist cəlladı Qareqin Artünyana abidə ucaldıb”, – Azərbaycan lideri diqqətə çatdırıb.

Prezident İlham Əliyev may ayında Rusiya Xarici İşlər Nazirliyinin nasizmin qəhrəmanlaşdırılmasına həsr olunmuş məruzəsindən sitat gətirib. Bildirib ki, Njdenin nasistlərlə əməkdaşlığı haqda informasiya var, nəticədə Njde sovet hakimiyyəti tərəfindən həbs edildi və Vladimir həbsxanasında öldü.

“Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu abidəni sökmədi. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılasına yer yoxdur”, – deyən Azərbaycan lideri Ermənistanın bu gün də faşizmə dəstək verdiyini ifşa edib.

Sammitdə çıxış edən Nikol Paşinyan mövzudan yayınmaq üçün fikrini “nasistlərin liderinin Njde yox, Hitler olduğu” ilə əsaslandırıb, halbuki, Azərbaycan Prezidentinin çıxışının mahiyyəti tamam başqadır. Paşinyan Njdenin “türk işğalına qarşı və erməni soyqırımının qarşısını almaq” üçün mübarizə apardığını bildirib və bununla faşizmi qəhrəmanlaşdırdıqlarını etiraf etmiş olub.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …