İlk xəbər saat 10:07-də verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 206 minik avtomobilinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Boyukmillet.com vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Azərmaş Group” MMC-dir.
Qalib şirkətə 2 512,2 min manat (hər avtomobil üçün orta hesabla 12,2 min manat) ödəniləcək.
***
Məsələ ilə bağlı nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, avtomobillər Qarabağ əlilləri və onlara bərabər tutulan şəxslərə vermək üçün alınır.