Mərkəzi Seçki Komissiyası fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində bütün dairələr üzrə qalib olan namizədlərin siyahısını açıqlayıb.
Boyukmillet.com Komissiyanın saytına istinadən ən yüksək və ən aşağı səs faizi ilə rəqiblərini üstələyən deputatların siyahısını təqdim edir.
1 saylı Şərur-Sədərək Seçki Dairəsinin qalib namizədi Vasif Talıbov 94.6 % səslə rəqiblərini üstələyib. Vasif Talıbov bütün 125 dairədən seçilən namizədlər arasında ən yüksək səs faizi ilə qalib gələn yeganə şəxsdir.
2 saylı Şərur Seçki Dairəsindən namizəd İsa Həbibbəyli 86.3 % səslə qalib gəlib.
4 saylı Naxçıvan Şəhər Seçki Dairəsindən namizəd Eldar İbrahimov 84.9 % səslə qalib gəlib.
Namizədlərin səs faizlərinin nisbətinə uyğun olaraq, 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsindən qalib gələn Səttar Möhbaliyev 83.2 % səslə 4-cü sıradadır.
5 saylı Şahbuz-Babək Seçki Dairəsindən namizəd olan Siyavuş Novruzov 81.1 % səslə beşinci ən çox səs toplayan namizəddir.
Ən aşağı səs faizi ilə qalib gələn namizədlərin sıralaması isə aşağıdakı kimidir:
79 saylı İmişli Seçki Dairəsi – Razi Nurullayev – 20.9 %
61 saylı Neftçala Seçki Dairəsi – Sabir Rüstəmxanlı – 21.4 %
47 saylı Mingəçevir Seçki Dairəsi – Aydın Mirzəzadə – 30.1 %
34 saylı Xətai İkinci Seçki Dairəsi – Mixail Zabelin – 35.1 %
16 saylı Yasamal İkinci Seçki Dairəsi – Erkin Qədirli – 35.6 %