Cümə , 26 Aprel 2024
Drone Cameras

Ərdoğan Azərbaycanla bağlı sənədi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla iqtisadi əməkdaşlığı özündə ehtiva edən protokolu təsdiqləyib.

R.T.Ərdoğanın təsdiq etdiyi sənəd Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının protokoludur.

Qeyd edək ki, 2019-cu ilin sentyabrın 16-da Bakıda Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçirilib.

İclasda Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə müsbət təsir göstərəcəyinə əminlik ifadə edilib.

Həmçinin, Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair müzakirələrin nəticəsi olaraq, iclasın protokoluna əlavə kimi tərtib edilmiş Fəaliyyət Planı da qəbul edilib.

Qeyd edək ki, protokolu Azərbaycanın həmin dövrdə Baş naziri olan Novruz Məmmədov (artıq keçmiş Baş nazir) və Türkiyənin vitse-prezidenti Fuat Oktay imzalamışdılar. 

Check Also

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

Avropa Birliyinin Parlamenti aprelin 23-ü uyğurların məcburi əməyi nəticəsində istehsal olunan Çin məhsullarının bazara daxil …