Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Ərdoğan Bakıda keçirilən “Teknofest” festivalından danışıb

“Keçən həftə Azərbaycana səfər etdim. Bakıdakı festivalda əlverişli şərait yaradıldığı zaman gənclərimizin nələr edə bildiklərinin şahidi olduq”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Növbəti “Teknofest”i Samsunda təşkil edəcəyik. Biz indiki nəslin bizim yaşadığımız çətinlikləri yaşamamalarını istəyirik və bunun üçün çalışırıq”, – o söyləyib.

Qeyd edək ki, mayın 26-dan 29-dək Bakıda “TEKNOFEST Azərbaycan” festivalı keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin texnologiya sahəsinin aparıcı mütəxəssisləri, “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar və s. rəsmi şəxslər tədbirdə iştirak etmək üçün Azərbaycanda səfərdə olublar.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …