Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ərdoğan Makronla Qarabağı müzakirə edəcək

ürkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron NATO-nun iyunun 14-də Brüsseldə keçiriləcək sammiti ərəfəsində Qarabağ, Suriya və Livanda yaranmış vəziyyəti müzakirə etmək niyyətindədir.

Boyukmillet.com   xəbər verir ki, bu barədə Fransa rəhbəri Parisdə keçirdiyi mətbuat konfransında bildirib.

“NATO sammiti ərəfəsində Türkiyə Prezidenti ilə birbaşa görüşüm olacaq. Bu, bir sıra mövzularda fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir”, – deyə Makron bildirib. “Bizim dərin fərqlərimiz var, bunları bilirik, amma inanıram ki, dialoq aparmaq lazımdır”, – Fransa rəhbəri deyib.

O, qeyd edib ki, türkiyəli həmkarı ilə Azərbaycanla Ermənistan arasındakı münasibətlər, Suriyada, Liviyada yaranmış vəziyyət barədə danışmaq istəyir. Makron həmçinin NATO-dakı əməkdaşlıq və müttəfiqlər arasındakı münasibətlərdə davranış qaydalarını müzakirə etmək niyyətində olduğunu xəbər verib.

“Fərqlərimizə baxmayaraq, ciddi gündəliyə ehtiyacımız var”, – Makron əlavə edib.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …