Cümə axşamı , 17 Aprel 2025
Drone Cameras

Ərdoğan: Sultan Əhməd məscidini belə bir gündə ibadətə açdığımız üçün şadıq”

“Sultan Əhməd məscidini belə bir gündə ibadətə açdığımız üçün şadıq”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sultan Əhməd məscidinin təmir-bərpa işlərindən sonra istifadəyə verilməsi ilə bağlı tədbirdə çıxışında bildirib.

Dövlət başçısı məscidin açılışını cümə günü, xüsusilə Ramazan bayramında etməkdən şad olduğunu deyib: “Bərpa işlərini mənalı bir gündə, Ramazan bayramı münasibətilə tamamladığımız üçün xoşbəxtik. Hazırda çox fərqli bir yerdəyik və Ramazan bayramınızı bu məkandan təbrik edirəm. Üç il əvvəl Ayasofyanı da cümə günü ibadət üçün açmışdıq. Allaha şükürlər olsun ki, Ayasofya o gündən bəri həmişə dolu olur. Bu gün bərpa işləri başa çatdığı üçün Göy məscidimizdə cümə namazımızı qıldıq”.

Check Also

Barro: Rusiyanı masaya “boğa-boğa” gətirmək lazımdır

Rusiyanı danışıqlar masasına gətirmək üçün onu sanksiyalarla boğmaq lazımdır. Boyukmillet.com xəbər verir ki, bunu Fransa …