Bazar ertəsi , 12 May 2025
Drone Cameras

Ərdoğan: “Şuşaya ailəvi səfər edəcəyik” – VİDEO

“Azərbaycanın paytaxtı Bakıya səfər edib qardaşım İlham Əliyevin qonağı olacağıq. Oradan isə Şuşa şəhərinə səfər edəcəyik. İşğaldan azad olunan Şuşaya ailəvi səfər edib həm rəsmi görüşlərimizi keçirəcəyik, həm də müxtəlif yerləri ziyarət edəcəyik”.

“HaberGlobal” məlumat verir ki,  bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının iclasında bildirib.

R.T.Ərdoğan əlavə edib ki, dost və qardaş Azərbaycanın Türkiyənin də verdiyi dəstəklə işğal altında olan torpaqlarını azad etməsi Ermənistan da başda olmaqla bölgədəki bütün tərəflərə yeni imkanlar açır. 

Check Also

Cəlaloğlu: İki ölkə Azərbaycan və Ermənistanın sülh sazişi imzalamasına mane olur

“İndiki şərtlər altında 2025-ci ildə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını gözləmək doğru deyil. …