Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Ərdoğandan Putinə KRİTİK QARABAĞ TƏKLİFİ: Rusiya ilə birgə… – GİZLİ DETALLAR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Dağlıq Qarabağ münaqişəsini ATƏT-in Minsk qrupu çərçivəsində müzakirə etməkdənsə, Türkiyə və Rusiyanın quracağı masada həll etməyi təklif edib.

Bu barədə “CNN Türk”Ərdoğanla Putin arasında 2 gün öncə baş tutan telefon danışığının məzmunundan xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Rusiya prezidenti təklifə müsbət yanaşıb. Lakin hələ dəqiq addımlar yoxdur.

Qeyd edək ki, Vladimir Putin Türkiyənin müzakirə masasında əyləşməli ölkələrdən biri olduğunu açıqlamışdı. (piblika.az)

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …