Bazar , 5 Aprel 2026
Drone Cameras

Ərdoğandan Rusiyaya ŞOK XƏBƏRDARLIQ

“Xüsusilə, Rusiyanın səlahiyyətli orqanlarına səslənirəm: bizim xitab edəcəyimiz siz deyilsiniz”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib şəhərində Bəşər Əsəd rejiminin türk əsgərlərinə hücumu haqqında danışarkən deyib.

Prezident Rusiyaya xəbərdarlıq edib ki, onlar Bəşər Əsəd rejimi ilə savaşa daxil olurlar: “Önümüzü kəsmək kimi bir durum müzakirə mövzusu belə olmasın. Generallarımız tez-tez əlaqə saxlayırlar. Bu görüşlərə istinadən əməliyyatlarımızı davam etdiririk”.

Qeyd edək ki, Bəşər Əsəd rejimi Türkiyə Silahlı Qüvvələrinin İdlibdəki mövqelərinə aviazərbələr endirib. Nəticədə 4 əsgər şəhid olub, 9-u yaralanıb.

Rusiya İdlibdə Bəşər Əsəd rejiminə dəstək verir.   

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …