Bazar , 22 Noyabr 2026
Drone Cameras

“BakuBus”ın rəhbəri vəzifəsindən azad edildi

Boyukmillet.com xəbər verir ki,Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “BakuBus” MMC-nin direktoru Nəcəf Məlikov vəzifəsindən azad edilib.

Şirkətə rəhbərlik İlqar İbrahimova həvalə olunub.

Xatırladaq ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.

Check Also

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, Azərbaycanla ilə İordaniya Haşimilər Krallığı arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının …