Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Ərdoğanla Bayden Ukraynadakı son vəziyyəti müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ Prezidenti Cozef Baydenlə telefonla danışıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin administrasiyası məlumat yayıb.

Söhbət zamanı Rusiyanın Ukraynaya hücumu da daxil olmaqla regional hadisələr, Türkiyə-ABŞ münasibətləri müzakirə edilib.

Rusiya ilə Ukrayna arasında siyasi həllə nail olmaq üçün səylərini davam etdirdiklərini ifadə edən Ərdoğan böhranın dərinləşəcəyi təqdirdə Türkiyənin tərəflər arasında vasitəçi olmasının vacibliyini vurğulayıb.

Türkiyə lideri Antalyada Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünü diplomatiyanın qələbəsi adlandırıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …