Cümə , 26 Aprel 2024
Drone Cameras

“Əsgərimizə kömək olmağı özünün vicdani və milli borcu bildik” – Tural Zeynalov

Döyüş əməliyyatları gedən zaman və bitdikdən sonra orduya dəstək işində ön sıralarda olanlardan biri də “Şəmkir Xeyriyyəçilər Birliyi” olub. Birliyin qurucularından və əsas fəallarından biri də Tural Zeynalovdur. Döyüş əməliyyatları gedən müxtəlif cəbhələrə dəstək işində onun böyük xidmətləri olub.

Tural Zeynalov Bizimyol.info-ya bildirib ki, gecə-gündüz demədən əsgərimizə kömək olmağı özünün vicdani və milli borcu bilib.

“Şəmkir Xeyriyyəçilər Birliyi”ni biz bir neçə qardaşla birlikdə yaratmışıq. Hardasa 2 il 5aydır ki, birliyimiz fəaliyyət göstərir. Hər ay 200 ailəyə 70 manatlıq ərzaq paylayırıq. Əlavə olaraq müharibə başlayan gündən biz Tovuzun Ağdam kəndində camaatın qapısında işləyirdik ki, orada yaşayan əhali çıxıb getməsin, əsgərlərimiz yuxarıda özlərini yaxşı hiss etsinlər. Axırıncı gördüyümüz iş isə Kəlbəcərdə oldu. “Vətənə dəstək”aksiyamız çərçivəsində Kəlbəcər şəhərində hərbi xidmətdə olan qardaşlarımıza dəstək üçün Şəmkirli xeyirxah insanlar tərəfindən erməni vandallarının uçurub dağıtdığı binanın dam örtüyünü təmir etdik. 1 həftə orada qaldıq və 1560 kvm sahəsi olan anbar və kazarmanın damını təmir etdik”.

Birliyin xeyriyyə işləri müharibə bitdikdən sonra da davam etməkdədir. Belə ki, Şəmkir rayonunda təsis edilən “Düyərli Xeyriyyə Fondu”nun üzvləri “Şəmkir Xeyriyyəçilər Birliyi” ilə birgə əsirlikdən qayıdan Amin Musayevi də ziyarət ediblər.

Sözügedən fondun üzvləri Ağstafa rayonuna gedərək A.Musayevin evində ona baş çəkib, qurban kəsib, səhhəti, eləcə də cari problemləri ilə maraqlanıblar.

Tural Zeynalov bildirib ki, bu biriliyin yaranmasına şərait yaradan dövlət başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirir.

https://youtu.be/c5M9AIW6644

Leyla Mirzə

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …