Cümə , 13 Mart 2026
Drone Cameras

“Əziz Şuşa” beynəlxalq velosiped yarışında üçüncü mərhələ start götürüb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışında üçüncü mərhələ start götürüb.

Boyukmillet.com-un məlumatına görə, velosipedçilər Qəbələdən mübarizəyə başlayıblar.

12 komandanın üzvləri 170 km məsafəni qət edərək, Gəncədə finişə birinci çatmağa çalışacaqlar.

Qeyd edək ki, Bakıdan Şamaxıya qədər olan birinci mərhələni bolqarıstanlı Martin Papanov, Qəbələ-Şəki-Qəbələ marşrutunu əhatə edən ikinci mərhələni isə niderlandlı Luk Şurmans qazanıb.

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …