Cümə , 17 Aprel 2026
Drone Cameras

Pakistan Səfirliyindən rəsmi açıqlama – “Pakistanla Ermənistan arasında heç bir əlaqədən söz gedə bilməz”

Bu gün bəzi mətbuat orqanlarında Pakistanın Ermənistanı dövlət olaraq tanımağa və Ermənistanla diplomatik münasibətlər qurmağa hazırlaşması barədə iddialar irəli sürülüb. Bu iddialarla bağlı Pakistan Respublikasının ölkəmizdəki səfirliyi ilə əlaqə saxladıq. Səfirliyin hərbi attaşesi Nadim Yaqub Çaudri bu iddialarla bağlı Eurasia Diary-ə eksklüziv açıqlamalar verdi:

“Biz Pakistan dövləti olaraq Ermənistanı bir dövlət kimi tanımırıq və belə təxmin edirik ki, bu sadəcə iki qardaş ölkə arasında nifaq salmaq üçün Hindistan səfirliyinin quraşdırdığı bir şaiyədir.”

Səfirliyin rəsmisi, həmçinin bunların erməni diasporalarının bir planı olduğunu vurğulayıb.

“Digər aspektdən yanaşsaq qeyd edə bilərəm ki, bütün bunlar Ermənistanın Amerika və dünyanın digər yerlərində fəaliyyətdə olan diaspora təşkilatlarının işidir. Onlar hər vəchlə çalışırlar iki ittifaq ölkələri parçalasınlar, çünki xüsusilə Pakistanın onları bir dövlət olaraq tanımaması onları çox məyus edir.”  

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …