Cümə , 3 Aprel 2026
Drone Cameras

Makron: “Aİ-nin yeni ölkələrin təşkilata qəbulunu sürətləndirmək imkanı yoxdur”

“Moldovanın və digər ölkələrin Avrop İttifaqına qəbulundan əvvəl Avropanın siyasi təşkilatı yenidən nəzərdən keçirilməlidir”.

Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Cavab xeyrdir”, – deyə Makron Moldovanın, Qərbi Balkan ölkələrinin, eləcə də birliyə qoşulmaq istəklərini bəyan edən Ukraynanın hazırkı şəraitində Aİ-yə sürətləndirilmiş qəbulun mümkünlüyü barədə bildirib.

“Biz qarşıdakı aylarda bugünkü Avropamızın nə olduğunu dərindən yenidən düşünməliyik. Daha geniş Avropanı necə təşkil etdiyimizi düşünməliyik”, – deyə Makrob əlavə edib.

Eyni zamanda, Fransa lideri Aİ-yə üzv olmaq iddiasında olan ölkələr arasında Moldovanı “Dnestryanı problemi, xarici qüvvələrin təsiri, Rusiya qazından asılılığı və qaçqın axını olan kövrək ölkə” adlandırıb.

Check Also

Makron Trampın NATO ilə bağlı bəyanatlarını tənqid edib

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı fikirlərini tənqid edib. Boyukmillet.com …