Tədbirdə ziyalılar, həkim, yazıçı, QHT nümayəndələri, Türkiyədən gələn qonaqlar iştirak ediblər. Çıxışlarda xalqın tələbi və xahişi ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən, Ümummilli Liderin dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınması istiqamətindəki addımlarından ətraflı danışılıb. İyul ayında olan çoxsaylı beynəlxalq tədbirlərə hazırlıqlara start verilib.
Boyukmillet.com xəbər verir ki, bu barədə QHT.az – a tədbirdə iştirak edən “Zirvə” İslahatlara Dəstək Mərkəzi İctimai Birliyinin sədri Elçin Axundzadə məlumat verib. O, qonaqpərvərliyə, tədbirə verdiyi dəstəyə görə Zərifə xanıma öz təşəkkürünü bildirib.
Tədbirin sonunda Azərbaycan həkimi və yazıçısı, Koreya Şərq Təbabəti Klinikasının baş həkimi, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri Zərifə Quliyeva iştirakçıları qonaq edib.
Ziyafətdən sonra iştirakçılar Ulu Öndər Heydər Əliyevin məzarını və şəhidlərimizi ziyarət ediblər