“Bütün tamaşaçılarımın qəlbində bir saray tikməyə çalışmışam”.
Boyukmillet.com AzNews.az-a istinadən xəbər verir ki, bunu uzun xəstəlikdən əziyyət çəkən Xalq artisti, tanınmış muğam ifaçısı Könül Xasıyeva “5+5” verilişində deyib. Tamaşaçı ilə canlı ünsiyyətdə olan sənətkar göz yaşlarını saxlaya bilməyib:
“Sevinc göz yaşlarıdır. Tamaşaçılarımı, sənətkarlarımız gördüm, kövrəldim. Ülvi duyğular deyirlər, o duyğular toxunulmazdır. Tamaşaçılarımla görüşdüm ülvi duyğularıma çatdım. 3 ildir ki efirdə yoxam. Heç kim qəlbimə dəyməyib, dəyməz də. Mən də kiminsə qəlbinə dəyməməyə çalışmışam. Amma bilmirəm ki, buna nə qədər nail olmuşam”.
Könül Xasıyeva düçar olduğu xəstəliyi 2000-ci ildə zəlzələdən qorxaraq tapdığını deyib:
“18 ildir cəkdiyim xəstəliklərin kökündə o dəhşətli gecə dayanır. Zəlzələdən stress keçirdim, efirlərdən kənar oldum, 46 gün Şəki Mərkəzi Xəstəxanasında bir otağın içində qaldım. Heç kolidora da çıxmadım. Elə bilirdim dünən gəlmişəm, amma bir də ayrıldım ki, 46 gündür ki, xəstəxanada canımla əlləşirəm. Gecəykən mənə iynə vurub Bakıya gətiriblər. Bütün müayinələrdən keçdim, heç bir problem yox idi. Amma qorxurdum. Zəlzələ vaxtı eşitdiyim bir söz qulağımdan ketmirdi-“Şəki dağılıb”. Bunu eşidəndə hiss etdim ki, sinəmdən nəsə qırılıb düşdü. Bu 3 ildə yaşadığım. Çəkdiyim zülmlərin kökü zəlzələyə bağlanır”.
Sənətkar 6 ildir xəstəlikdən əziyyət çəkən övladının vəziyyətinin yaxşı olduğunu qeyd edib:
“Oğlum sağalıb. Pul dünya malıdır. 50 yaşım var, bu illər mənə bir şey öyrətdi, ev, maşın, pul, qızıl boş şeydir, təki balamın əli əlimdə olsun. Mənimlə görüşmək, baş çəkmək istəyən insanlar var. Kirayə qaldığım mənzildə görüş üçün şərait də var. Amma mən onlarla səhnədə görüşmək istəyirəm”.