Şənbə , 11 May 2024
Drone Cameras

190 manat alanlara ŞAD XƏBƏR – Sabahdan başlayır

Mayın 12-dən etibarən bu ay üçün nəzərdə tutulan 190 manatlıq ödənişlərin verilməsinə başlanılacaq.

Məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

S.Babayev həmçinin qeyd edib ki, koronavirus iqtisadiyyata mənfi təsir göstərsə də, sosial layihələr tam olaraq, icra ediləcək.

Nazir onu da əlavə edib ki, may ayının ödənişləri verilməzdən qabaq aprel ayında birdəfəlik ödəmə statusu almış hər bir şəxsin məlumatları yenidən analiz ediləcək. Əgər qaydalardan kənar hər hansı bir hallar aşkar edilərsə, may ayının ödənişi həmin şəxslərə ödənilməyəcək.

S.Babayev bildirib ki, aprel ayının ödənişini alan şəxs 1 ayın tamamından sonra may ayının ödənişini alacaq.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …