Cümə , 22 Noyabr 2024
Drone Cameras

20-dən çox ölkənin QHT-ləri Cənubi Qafqaz regionunda ekoloji ədalətlə bağlı bəyanat yayıb

Dünyanın 22 ölkəsindən 49 Qeyri- Hökumət Təşkilatı (QHT) və ekofəal Ermənistanın dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin dünyanın ekosistemini pozmasına dair bəyanat yayıb.

Boyukmillet.com xəbər verir ki, onlar Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb edir.

Bəyanatda deyilir ki, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır: “Qlobal ictimaiyyətin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səfərbər olduğu, ekoloji problemlərin həlli üçün səylərini gücləndirdiyi bir vaxtda Ermənistanın bu hərəkətləri Transsərhəd Çaylar Konvensiyası və BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının (Espoo Konvensiyası) tələblərini ciddi şəkildə pozur. Yaxın zamanda COP29-un Cənubi Qafqaz regionunda, Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, Ermənistan da ətraf mühitə ziyan vuran əməllərdən çəkinməli, bununla da beynəlxalq konvensiyalardan irəli gələn öz öhdəliklərini yerinə yetirməlidir”.

Bəyanatda Ermənistan hökuməti və Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin məxsus olduğu özəl şirkətlər həmin müəssisələrdə təftiş, qiymətləndirmə və monitorinq işləri aparmaq üçün ekologiya və sağlamlıq sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərə, o cümlədən qonşu ölkələrdən olan ixtisaslaşmış QHT-lərə şərait yaratmağa çağırılır: “Xarici QHT-lər Amuldağ mədənində işlərin dərhal dayandırılması ilə bağlı Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti təşkilatlarının müraciətinə həmrəy olduqlarını da bəyan edirlər.Son vaxtlar Azərbaycan QHT-lərinin bəyanatlarının xarici ölkələrdə, o cümlədən Ermənistandan ciddi rezonans doğurması müşahidə edilir. Xarici QHT-lər Ermənistandan ekoloji öhdəliklərini yerinə yetirməyi tələb edirlər.

“Biz, aşağıda imza edən xarici ölkələrin vətəndaş cəmiyyəti təşkilatları və fəalları Ermənistan Respublikasının dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin ekologiyaya vurduğu ciddi ziyanla bağlı dərin narahatlığımızı bildiririk. Ermənistanın dağ-mədən sənayesindəki hava və suyun çirklənməsi vaxtilə lokal xarakterli olsa da, artıq onun fəsadları təkcə Cənubi Qafqaz üçün deyil, bütün dünya üçün ciddi təhdidə çevrilib. Ermənistanın mədən sənayesi transsərhəd çayları çirkləndirməklə Şərqi Avropadan Mərkəzi Asiyaya qədər geniş coğrafiyada bir sıra ekoloji problemlərə səbəb olmaqda davam edir. BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Qlobal ictimaiyyətin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səfərbər olduğu, ekoloji problemlərin həlli üçün səylərini gücləndirdiyi bir vaxtda Ermənistanın bu hərəkətləri Transsərhəd Çaylar Konvensiyası və BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının (Espoo Konvensiyası) tələblərini ciddi şəkildə pozur”, – müraciətdə vurğulanıb.

Qeyd olunub ki, yaxın zamanda BMT-in İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransı – COP29-un Cənubi Qafqaz regionunda, Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, Ermənistan da ətraf mühitə ziyan vuran əməllərdən çəkinməli, bununla da beynəlxalq konvensiyalardan irəli gələn öz öhdəliklərini yerinə yetirməlidir: “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC), iqlim dəyişmələrinə həsr olunmuş əsas beynəlxalq razılaşmanın, inkişaf etmiş ölkələr üçün məcburi emissiyaların azaldılması hədəflərini müəyyən edən UNFCCC ilə əlaqəli beynəlxalq müqavilə olan Kioto Protokolunun, eləcə də UNFCCC çərçivəsində qlobal istiləşməni sənayedən əvvəlki səviyyədən 2 dərəcədən çox aşağı səviyyədə məhdudlaşdırmaq məqsədi daşıyan beynəlxalq müqavilə – Paris Sazişinin tərəfi kimi, Ermənistan qlobal miqyasda iqlim dəyişmələri ilə mübarizə aparmaq və planetin qorunmasında qaydalara riayət etmək öhdəliyini götürüb. Biz, Ermənistan hökumətini və Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin məxsus olduğu özəl şirkətləri həmin müəssisələrdə təftiş, qiymətləndirmə və monitorinq işləri aparmaq üçün ekologiya və sağlamlıq sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərə, o cümlədən qonşu ölkələrdən olan ixtisaslaşmış QHT-lərə şərait yaratmağa çağırırıq”.

“Biz, həmçinin Amulsar (Qeyd: Amuldağ nəzərdə tutulur) qızıl mədənində ekosistem üçün əhəmiyyətli dərəcədə zəhərli və radioaktiv çirklənmə riskləri yaradan mədən işlərinin dayandırılması ilə bağlı Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının bu yaxınlarda Ermənistan hökumətinə və bütün maraqlı şirkətlərə ünvanlanmış müraciətində qeyd olunan dərin narahatlığa da bölüşürük”, – bəyanatda bildirilib.

İmzalar:

Məryəm DaneşVaşinqton və Li Universiteti, ekofəalABŞ
Aleksandr EamesPlanet 2030 təşkilatıBirləşmiş Krallıq
Saurab KumarYOUNGO – BMT-in Gənc İqlim ÇempionlarıHindistan
Patsi Stillo“Partners in Health” təşkilatıABŞ
Şəmsiyə KukanbekovaStop TB TərəfdaşlığıTacikistan
Kristina Zhorayeva“AFEW”Qazaxıstan
Manoj Prabhu“Dure”İsveçrə
Erna Yasareviç“Dostluq körpüləri”Bosniya və Herseqovina
Met QarnetMiçiqan Universiteti, eko-fəalABŞ
Qleb Yevqeniy“MADI”Rusiya
Nikolay Russu“Gənc Baxış”Moldova
Fernando Sançes“Braziliya Tibb Bacıları” AssosasiyasıBraziliya
Prof.Dr.Ejaz Khanİctimai Səhiyyə və Epidemiologiya üzrə Səhiyyə Xidmətləri MərkəziPakistan
Mohmad Hüseyn LonBeynəlxalq İnsan Hüquqları Komissiyasıİsveçrə
Əhməd Hudu AbdullahiAfrihealth Optonet AssosasiyasıNigeriya
Karm Sitro“Partners in Health” təşkilatıABŞ
Ermin Yasareviç“Dostluq körpüləri”Bosniya and Hersegovina
Naomi NguemadciIbaue Dabot“ONG” Çad İqliminin Yaşıl AkademiyasıÇad
Kristina Yakama“Yaxşı Səhiyyə İcma Təşəbbüsü” Qrupunun rəhbəriKeniya
Konadu“Altar” İnam Fondunun rəhbəriQana
Peter Owiti“Wote” Gənclərin İnkişafı Təşkilatının direktoruKeniya
Zeki Kılıçaslanİstanbul Vərəm Savaş DərnəyiTürkiyə
Sergey Uçayev“Ishonch və Hayot”Özbəkistan
Stiven Anquva ŞikoliKenyanın Vərəm çempionları ŞəbəkəsiKeniya
Şəmsəddin KuzəçiKərkük Mədəniyyəti İctimai birliyiTürkməneli-İraq
Ere Qabriel Erukudiətraf mühit üzrə ekspert, ekofəalNigeriya
Festus Ngisipaan“Kakuma” Sağlamlıq Təhlükəsizliyi AssosasiyasıKeniya
Norman Kagiso Matiting“TBpeople”Botsvana
Ezekiel OdeohAqro Ətraf Mühit Fermerləri Assosasiyası (AGEFA)Keniya
Endalkchew Fekadu“VHS” təşkilatıEfiopiya
Əli Iklaqa“Təbii Eko Paytaxtı” təşkilatıNigeriya
Gabriel EkalaleAsegis İcma ŞəbəkəsiKeniya
Nişan Çavanİctimai Səhiyyə üzrə ekspertHindistan
Alfred EdapalLomeds TəşkilatıKeniya
Çarlz Quist“Carepol” FonduQana
Rebekka Abulon“Asegis” İcma şəbəkəsiKeniya
Filiz Duyar AğcaTürk Toraks DərnəyiTürkiyə
Olorun Femi“Təbii Eko Paytaxtı” təşkilatıNigeriya
EMERI ELIUDBeynəlxalq TUBAE TəşkilatıKeniya
Coz MariyaGEP FonduArgentina
Lemaya Lumbasi“A4ek” QHT-siKeniya
Erlina BurhanRespirator Xəstəliklər üzrə İndoneziya Assosasiyasıİndoneziya
Loçuç Yatu“TODANYATU” İcma-əsaslı TəşkilatıKeniya
Karani FranklinLoyifam TəşkilatıKeniya
Cozef Ngaukon Açuqa“Ayok” multi İnkişaf Təşkilatı (AMDO)Keniya
Con AkinnubaEkologiya və İcma İnkişaf MərkəziNigeriya
Samuel Iro TomoroTUNETADKeniya
Kolins Mayor KinyuruPamoja TB groupKeniya
Cozef Kilonzo“BİSK” Gənclər təşkilatı

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …