Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

“2003 və sonrakı illərdə nəyi demişəmsə, onu da etmişəm” – İlham Əliyev

Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda nitq söyləyib. Prezident bildirib ki, energetika, neft-qaz sahəsində – 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi: “Bunlar tikilməsəydi, kim gəlib Azərbaycanın neft sənayesinə, özü də dənizdən çıxarılacaq neftə pul qoyardı? Heç kim. Sıfır investisiya olacaqdı. Nə edəcəkdik? Xaricdən neft alacaqdıq. Biz bu kəmərləri mürəkkəb geosiyasi vəziyyətdə inşa etdik, minimum risklərlə. Sonra Bakı-Tbilisi-Qars dəmir yolu tikildi. Çünki o kəmərlər tikilməsəydi, o dəhliz açılmasaydı, dəmir yolu dəhlizi də heç vaxt olmazdı. Bu yolu tikməyə bizim pulumuz da olmazdı. Gürcüstana 800 milyon dollara yaxın kredit verməyə də gücümüz olmazdı. Ondan sonra Cənub Qaz Dəhlizi. Bu da Avropanın ən böyük infrastruktur layihələrindən biridir, bunun təxminən 40 milyard dollar maliyyəsi vardır. Bir neçə ölkəni birləşdirir, 3500 kilometr uzunluğunda dörd seqmentdən ibarət nəhəng layihədir. Burada həm siyasi məharət, həm diplomatik addımlar, həm iqtisadi gücümüz, həm də beynəlxalq banklarla əlaqələrimiz, bu yolboyu yerləşən ölkələrlə səmərəli əməkdaşlığımız, bütün bunlar rol oynayıb. Bu layihəni həyata keçirmək üçün nə qədər çətinliklər olub. Bu barədə danışmaq üçün ayrıca bir tədbir lazımdır. Amma biz bunu da başa çatdırmışıq. Təşəbbüskar da Azərbaycandır. Artıq bir neçə ildir ki, Azərbaycanda ənənəvi olaraq Cənub Qaz Dəhlizi Məşvərət Şurası keçirilir. Növbəti Şuranın toplantısı bu ayın sonunda keçiriləcək.

Yəni, qəbul edilmiş faktdır ki, bu layihələrin aparıcı qüvvəsi, təşəbbüskarı, təşkilatçısı, əsas maliyyə yükünü öz üzərinə götürən ölkə bizik – Azərbaycandır və bunu etmişik. Bu layihələrin hər biri tarixi əhəmiyyət daşıyır. Bu layihələrin, ümumiyyətlə, görülən işlərin hamısı Azərbaycan xalqı qarşısında böyük xidmətlərdir. Çıxışımın əvvəlində dediyim kimi, uğurlu inkişafımızı, sabitliyi şərtləndirən, cəmiyyətdə xoş əhval-ruhiyyəni formalaşdıran bizim siyasətimiz və addımlarımızdır. Nəyi demişiksə, onu da etmişik. Bir dənə də icra edilməmiş vəd yoxdur. Heç kim bunu tapa bilməz. 2003-cü ildə və ondan sonrakı illərdə nəyi demişəmsə, onu da etmişəm. Ona görə bizim sözümüzə də, işimizə də xalq tərəfindən böyük inam var. Mən həmişə demişəm ki, bizim sözümüzün qüvvəti imzamız qədər olmalıdır və bu gün bu, belədir”.

(Turkustan.info)

Check Also

Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub

Laçında “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində “Yaşıl infrastrukturun inkişafı təcrübəsi və …