Şənbə , 27 Aprel 2024

Yearly Archives: 2016

Bakıda yük maşını yaşayış evinə girib, qaz xətti alışıb

Bakıda yük maşını yaşayış evinə çırpılıb. Şahidlərin APA-ya veriyi məlumata görə, hadisə ötən gecə Zığ yolunda qeydə alınıb. Qum ilə dolu “KamAZ” markalı yük maşını idarəetməni itirərək yol kənarındakı hasara, daha sonra yaşayış evinə çırpılıb. Yük maşını arxaya hərəkət etmək istəyərkən minik avtomobilini əzib. Qəza nəticəsində bir vətəndaşın hasarı uçub və digər bir vətəndaşa məxsus yaşayış evinə ciddi ziyan dəyib. Qəza …

Read More »

Azərbaycanlı deputat “Gürcü Arzusu-sosial-demokratlar” fraksiyasının sədr müavini seçilib

Gürcüstan parlamentinin bu gün keçirilən növbədənkənar sessiyasında parlamentin sədri İrakli Kobaxidzenin sədrliyi ilə bir neçə məsələlər və yeni layihələr müzakirə olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, sessiyada parlament nəzdində  3 fraksiyanın yaradılması və digər aktual məsələlər, habelə  parlament nümayəndə heyətlərinin proporsional təmsilçilik məsələləri gündəliyə daxil edilib. Sessiyada “Gürcü Arzusu-mühafizəkarlar”, “Gürcü Arzusu-sosial-demokratlar” və “Gürcü Arzusu-regional inkişaf” fraksiyalarının yaradılması müzakirə olunub. Parlamentin …

Read More »

Moskvada Ümumrusiya Azərbaycan Konqresinin IV Qurultayı keçirilir

Dekabrın 28-də Moskvanın “Ukrayna” otelində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) IV Qurultayı keçirilir. AZƏRTAC xəbər verir ki, qurultayda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Rusiyanın 78 bölgəsindən 200-dən artıq təmsilçi, həmçinin Rusiya və Azərbaycanın dövlət və hökumət nümayəndələri iştirak edirlər. Qurultayda ÜAK rəhbərinin təşkilatın 5 il ərzində gördüyü işlər haqqında hesabatı …

Read More »

BDU-nun müəllimi “Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə” medalı ilə təltif olunub

BDU-nun müəllimi “Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə” həsr olunmuş medalı ilə təltif olunub. Bu barədə Trend-ə BDU-nun Mətbuat və İnformasiya şöbəsindən məlumat verilib. BDU-nun Filologiya fakültəsinin müəllimi, Abay adına qazax dili, tarixi və mədəniyyəti Mərkəzinin rəhbəri Fatima Dursunova ikitərəfli münasibətlərin inkişafı, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfəyə görə “Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə” həsr olunmuş bayram medalı ilə təltif …

Read More »

Bakıda qanunsuz valyuta satan şəxs cərimə edilib

Bakıda qanunsuz xarici valyuta satan daha bir şəxs cərimə edilib. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 27-də Bakı şəhər sakini Asəf Musayev paytaxtın Nizami rayonu ərazisində qanunsuz olaraq 200 ABŞ dollarını 370 manata dəyişdiyi üçün RPİ əməkdaşları tərəfindən saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.

Read More »

Türkiyə HHQ İŞİD-ə qarşı əməliyyatları dayandırdı

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Suriyanın Əl-Bab bölgəsində İŞİD terror qruplaşmasına qarşı əməliyyatları dayandırıb. Bu barədə Trend-ə ölkənin hərbi mənbələri məlumat verib. Hərbi hava əməliyyatlarının dayandırılmasına səbəb kimi əlverişsiz hava şəraiti göstərilir. Artıq iki gündür Türkiyə HHQ Əl-Babda əməliyyat keçirmir. Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əl-Bab şəhərinin İŞİD-çilərdən azad edilməsi üçün əməliyyatların yekun mərhələdə olduğunu bildirmişdi.

Read More »

Kriştiano Ronaldo Avropanın ən yaxşısı oldu

“Real”ın və Portuqaliya milli komandasının futbolçusu Kriştiano Ronaldo 2016-cı ildə Avropanın ən yaxşı idmançısı seçilib. Trend bu barədə “İnterfaks” agentliyinə istinadən məlumat verir. Ronaldo Avropanın 27 informasiya agentliyi arasına keçirilən sorğuda ən çox səsi toplayıb. Bu il Ronaldo “Kral klubu”nun heyətində Çempionlar Liqasını, UEFA Superkubokunu və klublar arasında dünya çempionatını qazanıb. Milli komanda ilə isə 31 yaşlı portuqaliyalı Avropa çempionatının …

Read More »

Gənclər və İdman Nazirliyi 2016-cı ildə gördüyü işləri açıqladı

Bu gün gənclər və idman naziri Azad Rəhimovun iştirakı ilə Gənclər və İdman Nazirliyində 2016-cı ilin yekunlarına dair mətbuat konfransı keçirilib. A.Rəhimov bu il ərzində görülən işlər barədə ətraflı məlumat verib. Nazir bildirib ki, 2016-cı il həm gənclər siyasəti, həm də idmanın inkişafı baxımından uğurlu bir il olub. Gənclər siyasəti ilə bağlı görülən işlər haqqında danışan A.Rəhimov bildirib ki, 2016-cı …

Read More »

“Ailə, qadın və uşaq məsələləri” qrupuna aid QHT-lərlə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında ailə, uşaq məsələləri üzrə ixtisaslaşmış QHT-lərlə görüş keçirilib. Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şuraya “Ailə, qadın və uşaq məsələləri” qrupundan üzv seçilən Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri, Şuranın katibi Nərgiz Eyvazova çıxış edərək görüşün təmsil etdiyi qurumun dəstəyi ilə həyata keçirilən layihələrin yekunlarını müzakirə etmək, QHT-lərin qarşılaşdıqları problemlər və …

Read More »