Cümə , 19 Aprel 2024
Drone Cameras

Gənclər və İdman Nazirliyi 2016-cı ildə gördüyü işləri açıqladı

Bu gün gənclər və idman naziri Azad Rəhimovun iştirakı ilə Gənclər və İdman Nazirliyində 2016-cı ilin yekunlarına dair mətbuat konfransı keçirilib.

A.Rəhimov bu il ərzində görülən işlər barədə ətraflı məlumat verib. Nazir bildirib ki, 2016-cı il həm gənclər siyasəti, həm də idmanın inkişafı baxımından uğurlu bir il olub. Gənclər siyasəti ilə bağlı görülən işlər haqqında danışan A.Rəhimov bildirib ki, 2016-cı il ərzində 150 tədbir keçirilib, onlardan 120 yerli, 30 isə beynəlxalq səviyyəli olub:

“228 nəfər xarici ölkələrə ezam olunub, 790 nəfər isə Azərbaycan Respublikasında qəbul edilib. 29 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il olduğu kimi, bu il də Azərbaycan gənclərinin bir qrupu ilə görüş keçirib. Azərbaycan Gənclər günü ilə əlaqədar 2 fevral 2016-cı il tarixdə elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində fərqlənmiş 6 nəfər gəncə 10 000 manat (on min manat) məbləğində “Gənclər üçün Prezident Mükafatı” təqdim edilib”.

Nazir qeyd edib ki, gənclərin, xüsusilə də regionlarda yaşayanların inkişafı üçün böyük əhəmiyyəti olan “Gənclər evi”nin şəbəkəsi genişlənib: “16 fevral 2016-cı il tarixdə Tovuz rayonunda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Gənclər evi”nin açılış mərasimi keçirilib. 25 aprel Binəqədi rayonunda, 4 may tarixdə isə Gəncə şəhərində “Gənclər evi” istifadəyə verilib. Bununla da “Gənclər Evi/Mərkəzi”nin sayı 39-a çatıb”.

İdman siyasəti haqqında danışan A.Rəhimov bildirib ki, Gənclər və İdman Nazirliyinin 2016-cı il üçün təsdiq etdiyi tədbirlər planına əsasən respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkəmizdə 203 respublika yarışları, 52 beynəlxalq yarış keçirilib, 198 beynəlxalq yarışlarda ölkə yığma komandamızın iştirakı təmin olunub: “İdman növləri üzrə yığma komanda 12 gündən az olmayaraq 100-dən çox təlim-məşq toplanışlarında iştirak edib”.

Nazir Azərbaycanda olimpiya idman kompleksləri haqqında da danışıb. Onun sözlərinə görə, hal hazırda Ağcabədi və Abşeron rayonlarında Olimpiya İdman Kompleksləri tikilməkdədir və hazırda ölkəmizdə 41 OİK fəaliyyət göstərir.

Nazirliyin beynəlxalq əlaqələrindən danışan A.Rəhimov bildirib ki, gənclər və idman sahələrində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə BMT, Avropa Şurası, İslam Əməkdaşlığı Təşkilatı, GUAM, MDB və digər beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrin gənclər və idman siyasəti ilə məşğul olan dövlət orqanları ilə işi davam etdirilib, bir sıra ölkələrlə gənclər və idman sahələrində əməkdaşlıq haqqında saziş imzalanıb.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir