Bazar ertəsi , 20 May 2024

Yearly Archives: 2016

“Tolerantlıq örnəyi Azərbaycan: gənclərin gözü ilə”

2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması və bununla bağlı ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”na əsasən 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə bu gün “Tolerantlıq örnəyi Azərbaycan: gənclərin gözü ilə” mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda …

Read More »

İranla Çin arasında hərbi əməkdaşlığa dair saziş imzalanıb

İran Çinlə hərbi əməkdaşlığa dair sənəd imzalayıb. APA-nın Tehran bürosunun məlumatına görə, sənəddə iki ölkə arasında hərbi sahədə əməkdaşlığının inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması, terrorizmlə mübarizə və kursantların təlimləri kimi məsələlər yer alıb. Sazişi Tehranda rəsmi səfərdə olan Çin müdafiə naziri Çanq Vanquanla İran müdafiə naziri Hüseyn Dehqan imzalayıb. Qeyd edək ki, 3 günlük səfər zamanı Ç. Vanquan İranın yüksək …

Read More »

4 kq-dan çox marixuana aşkar olunub DSX

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriy-yəsinin və qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər. Sərhədçilərimizin sayıqlığı sayəsində növbəti dəfə külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınmış, ümumilikdə 7 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. SİA-nın məlumatına görə, 07.11.2016-cı il tarixdə saat 04:40 radələrində Füzuli rayonunun Böyük-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən …

Read More »

Hillari Klinton boşanır

ABŞ-da prezident seçkilərində məğlub olmuş Hillari Klinton boşanmaq üçün ərizə verib. APA-nın məlumatına görə, bu barədə “Christian Times Newspaper” xəbər yayıb. Bildirilir ki, keçmiş dövlət katibinin vəkilləri sənədləri noyabrın 10-da Nyu-York ştatının Ali məhkəməsinə göndəriblər. Səbəb kimi tərəflər arasında fikir ayrılığı göstərilir. Sənədlərə əsasən cütlük boşanma zamanı mülkün bölünməsi barədə artıq razılığa gəlib.

Read More »

Təbrizli deputat “Türk fraksiyası”nın hansı məqsədlə yaradıldığını izah edib Böyüt

“Türklərin məskunlaşdığı bölgələrin fraksiyasının təşkili həmin bölgələrin daha çox inkişafına səbəb olacaq. Bu fraksiyanın yaradılması digər əyalətlərdən ayrılmaq anlamında deyil, həmin bölgələrin inkişafı üçün nümayəndələrin birləşməsi məqsədi daşıyır”. Bu sözləri APA-nın Tehran bürosuna açıqlamasında İran parlamentinin Təbrizdən olan nümayəndəsi Əhməd Əlirzabeygi deyib. Ə. Əlirzabeygi bildirib ki, türklərin məskunlaşdığı bölgələrin inkişafı fraksiyasının müvəqqəti rəyasət heyəti yaradılıb: “Hazırda parlamentin rəyasət heyətinin fraksiyanın …

Read More »

Bolqarıstanın yeni prezidenti seçilib

“Alfa Research” və “Gallup” sosial agentliklərin “exit-poll”arının nəticələrinə görə, noyabrın 13-də Bolqarıstanda keçirilən prezident seçkilərinin 2-ci turunda Rumen Radev 58,5 faiz səs toplayaraq qalib gəlib. Rəsmi olaraq Bolqarıstanın yeni prezidentinin adı gələn həftə açıqlanacaq. Buna baxmayaraq, o, rəsmi olaraq vəzifəsini yanvar ayında, hazırkı prezidentin səlahiyyətləri bitdikdən sonra icra edəcək.   AZƏRTAC

Read More »

Alrosa Kuboku-2016: Sərbəst və qadın güləşçilərimiz ikinci, “klassiklər” isə üçüncü olublar

Moskvada güləş üzrə Qitələrarası Kubok – Alrosa Kuboku beynəlxalq turniri keçirilib. Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, komanda yarışı xarakterli turnirdə 23 yaşadək idmançılar 6 çəki dərəcəsində mübarizə aparıblar. Yarışda hər üç güləş növü üzrə yığma komandamızın üzvləri iştirak ediblər. Sərbəst güləş üzrə yarışlarda yığmamız İran və Özbəkistanla “B” yarımqrupunda mübarizə aparıb. Özbəkistan güləşçilərini 5:1 üstələyən yığmamız İran komandası ilə …

Read More »

Azərbaycan–Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilcək

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində 2017-ci il martın 26-da Bakıda keçiriləcək Azərbaycan–Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. AZƏRTAC xəbər verir ki, daha əvvəl bu oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulsa da, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar arenada müvafiq təşkilati işlərin həyata keçiriləcəyi nəzərə alınaraq, Azərbaycan – Almaniya qarşılaşmasının Tofiq Bəhramov adına Respublika stadionunda təşkili qərara …

Read More »

İspaniya mətbuatı Azərbaycan ordusunun keçirdiyi hərbi təlimlərdən yazır

İspaniyanın terra.es portalı “Azərbaycan Qarabağ cəbhəsi yaxınlığında böyük hərbi təlimlərə başlayıb” sərlövhəli yazı dərc edib. Azərbaycanın rəsmi orqanlarına istinadən təlimlərə 60 min hərbçinin, 50-dən çox təyyarə və helikopterin, 150-dən artıq tank və zirehli texnikanın, 700-dək qurğu və sistemin cəlb olunduğu bildirilir. Məqalədə deyilir ki, hərbi təlimlərin başlanması Azərbaycan Prezidenti İlham Əliyevin cəbhə xəttinə səfəri ilə üst-üstə düşüb. Yazıda Ermənistan-Azərbaycan, Dağlıq …

Read More »

Jurnalistlər üçün “Həyəcan siqnalı-2” layihəsi keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə dekabrın 9-12-də Bakıda jurnalistlər üçün “Həyəcan siqnalı-2” layihəsi keçiriləcək. AZƏRTAC xəbər verir ki, layihənin məqsədi gənc jurnalistlərin hərbi sahədə biliklərini artırmaq, hərbi gərginlik zamanı informasiyanın cəmiyyətə düzgün çatdırılmasına yardımçı olmaqdır. Layihə çərçivəsində müxtəlif media orqanlarında fəaliyyət göstərən 25 gənc jurnalistin “Son dövrün ekstremal jurnalistika təcrübəsi”, “Müxbirin ekstremal şəraitdə davranış metodları”, “Müharibə jurnalistikasının …

Read More »