Bazar ertəsi , 20 May 2024

Yearly Archives: 2016

ABŞ-da prezident seçkiləri: gecəyarısı səsvermə

Ənənəyə uyğun olaraq, ABŞ-da ümumi prezident seçkiləri gecəyarısı Nyu-Hempşir ştatında yerləşən kiçik Diksvill-Notç şəhərciyində start götürüb. AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, ştat qanunlarına əsasən, sayı 100 seçicidən az olan icmalar öz seçki məntəqələrini gecəyarısı aça və qeydiyyatdan keçən bütün vətəndaşlar səs verdikdən sonra bağlaya bilərlər. Belə şəhərlərdən ən məşhuru əhalisi 1960-cı ildən bəri gecəyarısı səs verən Diksvill-Notç şəhərciyidir. …

Read More »

Çili sahillərində 5,9 bal gücündə zəlzələ olub

Avropa Aralıq dənizi seysmologiya mərkəzinin məlumatına əsasən, Çili sahillərində 5,9 bal gücündə zəlzələ baş verib. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yeraltı təkanlar noyabrın 8-də yerli vaxtla saat 04:55-də qeydə alınıb. Zəlzələnin episentri Talkayano şəhərindən 42 kilometr şimal-qərbdə yer səthindən 2 kilometr dərinlikdə yerləşib. Təbii fəlakət nəticəsində dağıntılar və zərər çəkənlər barədə hələ ki, heç bir məlumat verilmir.

Read More »

IV Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində plenar iclaslar davam edir

Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Bakıda “Multikulturalizm və teatr” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransı noyabrın 8-də növbəti plenar iclaslarla davam edib. AZƏRTAC xəbər verir ki, günün ilk növbəti plenar iclası Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq Artisti Azərpaşa Nemət və Litvanın tanınmış …

Read More »

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Dövlət Bayrağı Günü qeyd olunub

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edən nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov müstəqil Azərbaycan bayrağının yaranma tarixi, ona verilən önəm və 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd edilməsinin əhəmiyyəti haqqında danışıb. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla …

Read More »

Bakıda IV İslam Həmrəylik Oyunlarının Əlaqələndirmə Komissiyasının dördüncü iclası işə başlayıb

Noyabrın 8-də Bakıda IV İslam Həmrəylik Oyunlarına hazırlıq məqsədilə Əlaqələndirmə Komissiyasının dördüncü iclası işə başlayıb. AZƏRTAC xəbər verir ki, iclasda IV İslam Həmrəylik Oyunlarının icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, ISSF-in baş katibi Faisal Abdulaziz Al-Nassar, federasiyasının birinci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak …

Read More »

Beynəlxalq təşkilat Azərbaycan gəmiçilərinə təlim keçir

Beynəlxalq təşkilat Azərbaycan gəmiçilərinə təlim keçir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Baltik və Beynəlxalq Dəniz Şurası (“BIMCO”) “Azərbaycan Xəzər Dəniz Gəmiçliyi”nin və “Caspian Marine Services” şirkətinin mütəxəssisləri üçün təlimlərə başlayıb. Məqsəd gəmiçilik sahəsində çalışan əməkdaşların beynəlxalq təcrübəyə yiyələnməsinə köməklik göstərmək və onları bu sahədəki yeniliklərlə tanış etməkdir. Təlimin ilk günündə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin …

Read More »

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 681 mln. manat kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir. Fonddan “Report”a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 680,76 mln. manat ödənilib. Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,756 mln. manat, “Zaminbank” ASC – 52,242 mln. manat, “Kredobank” ASC – 26,925 mln. manat, “Dekabank” ASC – 3,016 mln. …

Read More »

Los-Ancelesdə “Yeddi Gözəl” baletinə həsr olunan gecə keçirilib

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda ölkənin milli incəsənət irsinin dəyərli nümunələrindən olan “Yeddi gözəl” baletinə həsr olunan gecə keçirilib.Bu barədə “Report”a baş konsulluqdan məlumat verilib.Gecədə “Yeddi gözəl” baletinin Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyilə 2014-cü ildə Kaliforniyanın San Dieqo şəhərində uğurla keçən, 3 min tamaşaçının izlədiyi Amerika premyerasının video-yazısı nümayiş etdirilib.Tədbirdə ABŞ-ın ən nüfuzlu tibb ocaqlarından olan …

Read More »

Bakı Ali Neft Məktəbində “Bayraq günü” qeyd olunub

Bakı Ali Neft Məktəbində (BANM) 9 noyabr – “Bayraq günü” münasibətilə təhsil ocağının bütün auditoriyalarında ilk dərs bu tarixi günə həsr olunub Bu barədə “Report”a BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, bu, BANM-in rektoru Elmar Qasımovun göstərişi ilə olub.  Eyni zamanda, BANM-in binasının üzərində Azərbaycan bayraqları asılıb. Dərslərdə professor-müəllim heyəti tələbələrə Azərbaycan dövlətinin rəsmi dövlət atributlarından biri olan bayrağımıza hörmətlə …

Read More »

“Sevil Massivi” MTK-nın rəhbər şəxslərinin məhkəməsində daha bir zərərçəkmiş ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Sevil Massivi” Mənzil Tikinti Kooperativinin (MTK) təsisçisi Aynur Zeynalov, kooperativin direktoru Elçin İsmayılov, həmçinin digər təqsirləndirilənlər – Zabit Çələbiyev, Mirnamat Miradiyev, Səbinə Əliyevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Eyvaz Mehdiyev ifadə verib.O, torpaq üçün 33 min 100 manat ödəniş etdiyini deyib: “Pulumu …

Read More »