Cümə , 29 Mart 2024
Drone Cameras

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Dövlət Bayrağı Günü qeyd olunub

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov müstəqil Azərbaycan bayrağının yaranma tarixi, ona verilən önəm və 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd edilməsinin əhəmiyyəti haqqında danışıb. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli dövlət quruculuğu siyasəti nəticəsində vətəndaşlarımızda dövlət rəmzlərinə hörmət hisslərinin aşılanmasından söhbət açıb. Bildirilib ki, Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən üçrəngli bayrağımız ilk dəfə 1990-cı il noyabrın 17-də məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində muxtar respublikanın rəsmi bayrağı kimi təsdiq olunub. Bir qədər sonra, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının rəsmi dövlət bayrağı elan edilib. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən, hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət başçısının 2007-ci il 17 noyabr tarixli Sərəncamına uyğun olaraq, Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı inşa olunub və 2010-cu il sentyabrın 1-də onun təntənəli açılış mərasimi keçirilib. Meydanda hündürlüyü 162 metr olan, Ginnesin Rekordlar Kitabına daxil edilmiş ən uca dirəkli bayraq dalğalanır. Bu, dövlət rəmzlərinə verilən dəyərin bariz nümunəsi olmaqla, dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliği, gənc nəslin Azərbaycan bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyəsində ən mühüm amillərdəndir.

Bəxtiyar Əsgərov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında hər il Dövlət Bayrağı Günü qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2014-cü il 17 noyabr tarixli “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” və 2014-cü il 22 avqust tarixli “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” sərəncamları milli dövlətçilik ənənələrinə dərin hörmətin ifadəsi, xalqa, Vətənə sevginin təzahürüdür.

 

azertac.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir