Bazar , 3 Noyabr 2024
Drone Cameras

IV Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində plenar iclaslar davam edir

Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Bakıda “Multikulturalizm və teatr” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransı noyabrın 8-də növbəti plenar iclaslarla davam edib.

AZƏRTAC xəbər verir ki, günün ilk növbəti plenar iclası Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq Artisti Azərpaşa Nemət və Litvanın tanınmış teatrşünası Violeta Podolskaytenin moderatorluğu ilə baş tutub. Çıxışlarda müasir dövrdə teatr identifikasiyası və teatrşünaslığın inkişafı üçün aktual olan məsələlərə toxunulub.

İranlı rejissor Əli Xoşqoftari “Gənc nəslin tamaşaları ictimai hadisə kimi” məruzəsində qeyd olunan mövzuda əsas problemli məsələlərə toxunmaqla onların həll və inkişaf yollarından danışıb.

Rusiyalı teatrşünas Aysılu Saqitova “Rifkat İsrafilov-Başqırd teatrının reformatoru”, Qazaxıstanın tanınmış teatrşünas rejissoru “Yüzlərlə mədəniyyətin yer aldığı dünyada qazax xoreoqrafiyasının milli özünəməxsusluğunun axtarışları”, İtaliyadan olan teatrşünas İrina Markezini “Kontora qayıdış. İtaliya təcrübəsi” və özbəkistanlı sənətşünas Temur Rəşidov “Mərkəzi Asiya mədəniyyətində və incəsənətində milli və regional identifikasiya problemləri” mövzularında çıxış ediblər.

Plenar iclasın ikinci hissəsində Gürcüstan, Rusiya, Azərbaycan, Ukrayna və Macarıstandan olan teatrşünasların “Tbilisidə Azərbaycan teatrı-keçmişi, bu günü, gələcəyi və inkişaf perspektivləri”, “Müasir teatrda immersivlik təcrübələri”, “Multikultural dəyərlər və mədəniyyətlərarası dialoq”, “Müasir teatr sənətində festival formasının funksiyaları”, “Kalibanın epiloqu” və “Müasir Azərbaycan teatrının sosiologiyası multikultural dəyərlər aynasında” kimi mövzularda məruzələri dinlənilib.

Qeyd edək ki, Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”na uyğun olaraq keçirilir. Konfransda 38 ölkədən 150-yə yaxın teatr xadimi, dramaturq, teatr və teatrla bağlı beynəlxalq institutların rəhbərləri iştirak edirlər. Tədbirin əsas məqsədlərindən biri iştirakçıları ölkəmizdə mövcud olan mədəni platforma ilə tanış etməkdir.

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir