Cümə axşamı , 19 İyun 2025
Drone Cameras

Bakıda IV İslam Həmrəylik Oyunlarının Əlaqələndirmə Komissiyasının dördüncü iclası işə başlayıb

Noyabrın 8-də Bakıda IV İslam Həmrəylik Oyunlarına hazırlıq məqsədilə Əlaqələndirmə Komissiyasının dördüncü iclası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, iclasda IV İslam Həmrəylik Oyunlarının icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, ISSF-in baş katibi Faisal Abdulaziz Al-Nassar, federasiyasının birinci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak edirlər.

İki gün davam edəcək iclasın birinci günündə yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər mövzular müzakirə olunur.

İclasın ikinci günündə isə idmançıların iştirakı, yarışlar, marketinq, yayım, kommersiya, açılış və bağlanış mərasimlərinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Əlaqələndirmə Komissiyasının üçüncü iclası IV İslam Həmrəylik Oyunlarının başlanmasına bir il qalmış – mayın 12-də Bakıda təşkil olunmuşdu.

Check Also

Pakistan Baş nazirinin təyyarəsi Laçın Beynəlxalq Hava Limanına eniş edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 27-də Azərbaycan Respublikasına səfərə gəlib. Boyukmillet.com xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir