Bazar ertəsi , 1 İyul 2024

Yearly Archives: 2017

Azərbaycanda Məhərrəmlik başlayıb

Bu gündən Məhərrəm ayı başlayıb. APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında bildirilir ki, yeni Hicri 1439-cu ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabr ayının 22-nə təsadüf edir. Aşura günü isə oktyabrın 1-nə düşür. Qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət …

Read More »

Bakı strateji kəmərlərini “Dəmir günbəz” altına alır – Moskva və İrəvan şokda

General Zakir Həsənovun İsrail səfərində ilginc hədəf; Ermənistanın və Rusiyanın Azərbaycana qarşı əsas şantaj aləti əldən çıxır; “Dəmir günbəz” “İsgəndər”ə, işğalçı ölkə isə Qərb maraqlarına qarşı Kremlin məkrli oyununda – neft-qaz müharibəsində sensasion gəlişmə… Səfərdə əsas hədəf heç şübhəsiz ki, iki strateji tərəfdaş ölkə arasında xüsusən də hərbi-texniki sahədə əlaqələri daha mükəmməl səviyyəyə qaldırmaq, İsrail ordusunun döyüş təcrübəsini öyrənmək idi. …

Read More »

Prezidentin BMT demarşı və erməni uzantıları

Azər HƏSRƏT, [email protected] Prezident İlham Əliyevin yüksək tribunalardan etdiyi hər çıxış tarixə öz damğasını vurmağa davam edir. Bu baxımdan cənab Prezidentin BMT Baş Məclisindəki çıxışı da istisna deyil. Çıxışın özəllikləri – istər heç cür inkar edilə bilməyəcək məntiqə dayanması, istərsə də faktoloji məzmunu baxımından bizə qarşı olanların sadəcə dilini-ağzını anındaca bağlamağa yetir. Bundan başqa Prezidentin xarizması, BMT Baş Məclisi üçün getdiyi …

Read More »

Uşaqları intihara məcbur edən “Mavi balina” oyunu Azərbaycanda da yayılır

Son dövrlər bütün dünyada geniş yayılan və milyonlarla uşağı təhdid edən “Mavi balina” oyunu bir çox ailələrin qorxulu yuxusuna çevrilib. Uşaqları özündən asılı vəziyyətə gətirərək intihara məcbur edən oyunun qurbanlarının sayı yüzlərlədir. Türkiyə mətbuatında uşaqları intihara cəlb edən bu oyunla bağlı araşdırma yazısı yer alıb. Boyukmillet.com xəbər verir ki, oyunla bağlı bir çox qaranlıq məqamlara aydınlıq gətirilən yazıda oyunun hər hansı …

Read More »

Prezident Əliyevin BMT-dəki çıxışı Rusiyada rezonans doğurdu: Ermənistanı kim cəzalandıracaq?

Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Məclisinin sonuncu 72-ci sessiyasında çıxışı zamanı Dağlıq Qarabağ probleminin hələ də öz həllini tapa bilməməsinə xüsusi diqqət yönəltdi. Xəbər verdiyimiz kimi, prezident işğalçı Ermənistanın bu günədək BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 qətnaməsini yerinə yetirməməsinin əsas səbəbi kimi beynəlxalq birliyin ikili standartla yanaşmasını göstərdi. Azərbaycanın dövlət başçısı öz çıxışında Azərbaycan torpaqlarının 20 faizinin …

Read More »

Tək Ermənistan separatçı İraq kürdlərinin müttəfiqi kimi qaldı…

Ermənistanın kürd separatçıları ilə daim işbirliyində olduğu, onlar vasitəsilə Türikyəyə, Azərbaycana qarşı müəyyən addımlar atmaq niyyəti artıq danılmaz faktlarla sübut olunub. O da məlumdur ki, indinin özündə belə Ermənistan PKK terrorçularına bütün vasitələrlə dəstək verir. Qeyd olunan xüsusda Türkiyədə fəaliyyət göstərən Beyynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey elə son aylarda bir neçə dəfə maraqlı açıqlamalar …

Read More »

Şura Katibliyinin məsləhətçisi: QHT sektorunun inkişafı üçün dəstək davam etdirilir

Bildiyimiz kimi demokratik cəmiyyət quruculuğu prosesində vətəndaş cəmiyyəti institutları mühüm rola malikdir.  Bu baxımdan Azərbaycan dövləti adıçəkilən təsisatların formalaşması və inkişafına xüsusi diqqət ayırır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması, dövlət büdcəsindən ayrılan vəsait hesabına Şuranın qeyri-hökumət təşkilatlarının (QHT) layihələrini maliyyələşdirməsi, QHT-lərə müxtəlif istiqamətlər üzrə davamlı dəstəyin verilməsi bu siyasətin mühüm təzahürüdür. Eyni zamanda müxtəlif nazirliklər, …

Read More »

Rusiya hakimiyyətindəki “erməni barmağı” Azərbaycan diasporunu ciddi alternativlər axtarışında qoydu…

“Hələ ki, Rusiyanın daxilindəki bütün məhkəmə instansiyaları bitməyib” İsmayıl Ağayev:  “Bu səbəbdən də məhkəmələr vasitəsilə təşkilatın bərpasına nail olmalıyıq. Alınmasa, yeni  təşkilatın qurulması nəzərdən keçirilə bilər”   Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılıb. Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyası ÜAK-ın apelyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. ÜAK prezidenti Fazil Qurbanov bildirib …

Read More »

Elman Rüstəmovun manatla bağlı nikbin açıqlamasına inanaqmı…

Vahid Əhmədov: “Manatı bu şəkildə saxlamaq ilin axırına qədər mümkündür”; Natiq Cəfərli: “Elman üstəmov yarı həqiqətlərlə danışıb” Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun manatla bağlı son açıqlaması müzakirələrə səbəb olub. AMB rəhbəri manatın sabitliyindən, milli valyutamıza heç bir təhlükənin olmadığından danışıb. E.Rüstəmovun fikirlərinin gündəm yaratmasına səbəb olan amil onun son illərdə manatla bağlı verdiyi ümid dolu açıqlamalardan dərhal sonra …

Read More »

“Cahangir Hacıyev, sən Beynəlxalq Bankda baş verənlərə görə günahkarsan” – sabiq nazirin ittihamı

Sabiq maliyyə naziri Fikrət Yusibov Beynəlxalq bankın sabiq şefinə tutarlı cavab verdi Azərbaycan Beynəlxalq Bankı (ABB)İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin ölkənin 15 milyard manatını darmadağın etməsi haqda müzakirələr davam edir. C.Hacıyev hazırda 15 illik cəzasını çəkir, ölkə iqtisadiyyatına cavabdeh olan şəxslər isə onun 15 milyardlıq yeyintisinin yerini doldurmaq üçün imkanlarını səfərbər ediblər. Vaxtilə ABB-də gedən neqativ proseslər haqda mətbuatda, …

Read More »