Şənbə , 6 İyul 2024

Yearly Archives: 2017

Xalq müharibə istəyir – Zəhra üçün savaş qərarı verilməli!!!

“…Bizim ayrı çıxış yolumuz qalmır”; Füzulidə öldürülən çocuğun qatili məlumdur – XİN: “Alxanlını vurmaq əmri Sərkisyandan gəlib”; Ermənistan xarici işlər naziri ilə iyulun 11-də keçiriləcək görüşündən imtina təklif edilir; həmsədrlər yenə sülh deyir İşğalçı Ermənistanın Azərbaycan ərazilərindəki ordusu iyulun 4-də saat 20:40 radələrində növbəti vəhşilik aktı həyata keçirib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı …

Read More »

Ramiz Mehdiyev: “Qarabağ münaqişəsi hər an alovlana bilər”

“Ermənistanın işğalçılıq və terror siyasətinə son qoymaq üçün beynəlxalq birlik təsirli tədbirlər görməlidir” Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iyulun 4-də Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində həyata keçirdiyi növbəti təxribatla bağlı AzVision.az-a açıqlamasında bildirib: – İyulun 4-də Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində növbəti irimiqyaslı təxribat həyata keçirərək Füzuli rayonunun Alxanlı kəndini iriçaplı silahlardan atəşə tutub, nəticədə biri uşaq, digəri isə yaşlı …

Read More »

2 yaşlı Zəhranın qisasını ermənilərdən alaqmı? – VİDEOSORĞU

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində həlak olan kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı bu gün dəfn olunublar. Hadisə isə iyulun 4-də saat 20:40 radələrində baş verib.  2 yaşlı körpənin qətli isə bütün …

Read More »

Azərbaycanın diaspor təşkilatları Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatını pisləyən bəyanat yayıblar

Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İS-TAD), Eskişəhər Azərbaycanlılar Dərnəyi (ESAZDER), Misir Ərəb Respublikasında fəaliyyət göstərən Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi, Yaponiyada fəaliyyət göstərən Azərbaycan – Yaponiya Dostluq Mərkəzi, Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyəti (AKDC) Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatını pisləyən …

Read More »

Arizona Nümayəndələr Palatasının üzvü Zəhranın öldürülməsi ilə bağlı Serj Sarqsyana açıq məktub yazıb

İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1966-cı il təvəllüdlü Sahibə Allahverdiyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın öldürülməsi ilə bağlı ABŞ-ın Arizona Nümayəndələr Palatasının üzvü Donald Şuter Ermənistan prezidenti Serj Sarqsyana açıq məktub göndərib. Azərbaycan XİN-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, məktubun bir surəti Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilib. …

Read More »

Amerikalı politoloq: “Dünya ictimaiyyətinin azərbaycanlı uşağın ermənilər tərəfindən öldürülməsinə səssiz qalması dəhşətli tarixi səhvdir”

“Dünya ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində törətdiyi zorakılıq aktlarını qınamalıdır”. Bunu “Report”a amerikalı politoloq Piter Teys ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 2 yaşlı qız və onun nənəsinin ölməsi, eləcə də bir sakinin yaralanmasıyla nəticələnən hadisəni şərh edərkən deyib. “Avropa İttifaqı, Avropa Komissiyası və Ağ Ev rəhbərlərinin bu məsələyə səssiz qalması dəhşətli tarixi səhvdir, qəbuledilməzdir. Ermənilərin …

Read More »

Fransa XİN ermənilərin Alxanlı kəndini atəşə tutması nəticəsində mülki vətəndaşların ölməsinə münasibət bildirib

Fransanın Xarici İşlər Nazirliyi iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verən insident zamanı insan ölümü ilə əlaqədar başsağlığı verib. “Report” xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibinin bəyanatında deyilir. Bəyanatda Fransanın tərəfləri atəşkəsə hörmət etməyə çağırdığı, eləcə də münaqişənin regiona sabitlik və çiçəklənmə gətirəcək şəkildə ardıcıl, uzunmüddətli həllinə tam sadiq olduğu vurğulanıb. Qeyd edək ki, Ermənistan Silahlı …

Read More »

Rusiyalı politoloq: “Azərbaycanlı uşağın qətlə yetirilməsi erməni hərbçilərin zəifliyinin əlamətidir”

Rusiya, ABŞ və Fransada Dağlıq Qarabağmünaqişəsini görməməyi üstün tuturlar və bu ölkələrin hərəkətində “dondurulma”nın dominant istiqamət olduğu sezilir. Bu barədə “Report”a rusiyalı politoloq Nikita Qolobokov Ermənistanın iyulun 4-də törətdiyi təxribatı şərh edərkən bildirib. Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin …

Read More »

Diaspor Mərkəzi bəyanat verib

Beynəlxalq Diaspor Mərkəzi bəyanət qəbul edib. Bəyanətdə deyilir: Bu ilin iyul ayının 4-də ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra faciəvi surətdə həlak olmuşdur. İnsanlıqdan nəsibini almamış Ermənistan hakimiyyətinın bu qanlı hadisəsi Beynəlxalq Diaspor Mərkəzini və bütün xalqimızı hiddətləndirmişdir. ATƏT-in Minsk qrupunun eləcə də aparıcı …

Read More »

Rusiya XİN ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutmasını şərh edib

Rusiya Xarici İşlər Nazirliyi bügünlərdə Füzuli rayonunun Alxanlı kəndində baş verən son insident zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı diləyir. “Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. “Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Qarabağ münaqişəsində növbəti qan axıdılmasını qəbuledilməz hesab edirik. Tərəfləri vəziyyəti sabitləşdirmək üçün bütün zəruri tədbirləri görməyə çağırırıq”, – M.Zaxarova vurğulayıb. …

Read More »