Cümə , 26 Aprel 2024
Drone Cameras

Arizona Nümayəndələr Palatasının üzvü Zəhranın öldürülməsi ilə bağlı Serj Sarqsyana açıq məktub yazıb

İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1966-cı il təvəllüdlü Sahibə Allahverdiyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın öldürülməsi ilə bağlı ABŞ-ın Arizona Nümayəndələr Palatasının üzvü Donald Şuter Ermənistan prezidenti Serj Sarqsyana açıq məktub göndərib.

Azərbaycan XİN-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, məktubun bir surəti Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilib.

Məktubda mülki vətəndaşların, xüsusilə də uşaqların qətlə yetirilməsinin tamamilə qeyri-məqbul olduğu və beynəlxalq hüquq normalarını ciddi şəkildə pozduğu qeyd olunur.

Ermənistan-Azərbaycan münaqişəsi barədə danışan D.Şuter, Azərbaycanın suveren ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal edilməsinin və etnik təmizləməyə məruz qoyulmasının çağdaş Avropa tarixinin ən qara səhifələrindən biri adlandırır. O, bu ədalətsizliyin yüz minlərlə azərbaycanlı məcburi köçkünün məşəqqətinə səbəb olmaqda davam etdiyini ürək ağrısı ilə vurğulayır.

Münaqişə zamanı azərbaycanlı mülki əhaliyə qarşı Ermənistan qoşunları tərəfindən müxtəlif qəddarlıqların törədildiyini qeyd edən D.Şuter, bu səpkidə Xocalı qətliamını diqqətə çatdırır. O qeyd edir ki, yüzlərlə uşaq, qadın və yaşlıların qətlə yetirildiyi bu qətliam müharibə və münaqişələrin mülki şəxslərə vurduğu böyük ziyanların bariz göstəricisidir.

Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin indiyədək yerinə yetirilməməsinin təəssüf doğurduğunu qeyd edən D.Şuter, bu münaqişənin bu gün Cənubi Qafqazdakı təhlükəsizliyə ən böyük hədə təşkil etdiyini vurğulayır.

Sonda mülki əhalinin hədəfə alınmasını tamamilə qəbuledilməz olduğunu vurğulayan D.Şuter, balaca Zəhra və onun nənəsinin öldürülməsini qətiyyətlə pislədiyini bildirərək, Ermənistan prezidentini bu dəhşətli cinayəti pisləməyə və bu cinayəti törədənləri tezliklə taparaq məsuliyyətə cəlb etməyə, eləcə də belə faciələrin təkrarlanmaması üçün müvafiq tədbirləri görməyə çağırır.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir