Bazar ertəsi , 1 İyul 2024

Yearly Archives: 2017

İlham Əliyev: “TAP layihəsini əngəlləmək üçün indi böyük səylər göstərilir”

Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin icrası planlaşdırıldığından 3% geridədir. “Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 26-da “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbul deyib.   “Cənub Qaz Dəhlizi dörd layihədən ibarətdir. “Şahdəniz-2” layihəsinin icrası 93%-ə çatıbdır. İkinci layihə Cənubi Qafqaz kəməridir. Orada icra səviyyəsi 85%-dir. Üçüncü layihə Trans-Anadolu neft kəməri – TANAP-dır. Burada işlərin …

Read More »

Təhsil Nazirliyi: Zəif nəticə göstərən müəllimlərin ixtisarı qaçılmazdır

“Bu il kifayət qədər, yəni 6000-dən çox vakant müəllim yerləri olacaq”. “Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov müəllimlərin yerdəyişməsi ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, bu il diaqnostik qiymətləndirmədə zəif nəticə göstərən müəllimlərə də şans veriləcək: “Diaqnosik qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin bir qismi təlimlərə cəlb ediləcək, onlara nəticələrin yaxşılaşdırılması üçün …

Read More »

İstanbulda 28 May – Respublika Günü münasibəti ilə təntənəli mərasim keçirilib

Türkiyənin İstanbul şəhərində 28 May – Respublika Günü münasibəti ilə təntənəli mərasim keçirilib.  “Report”un Türkiyə bürosunun verdiyi məlumata görə, tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutub.  Mərasimdə baş konsul Məsim Hacıyev və rəhbərlik etdiyi diplomatik korpusun əməkdaşları, İstanbul şəhərinin valisinin müavini, bələdiyyə sədrləri, hərbi attaşelər, diplomatlar, Türkiyədə fəaliyyət göstərən Azərbaycan nümayəndəliklərinin, şirkətlərinin və dərnəklərinin təmsilçiləri, rektorlar, elm adamları, tələbələr iştirak ediblər. Tədbir Azərbaycanın və …

Read More »

Məhkəmə Fətullah Gülənin Türkiyə vətəndaşlığından çıxarılması barədə qərar qəbul edib

Məhkəmə Fətullahçı Terror Təşkilatının (FETO) ABŞ-da gizlənən rəhbəri Fətullah Gülənin Türkiyə vətəndaşlığından çıxarılması barədə qərar qəbul edib.  “Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı qərarı Adana 11-ci Ağır Cinayətlər Məhkəməsi verib.  Məhkəmə ölkənin Ədliyyə Nazirliyinə məktub göndərərək F.Gülənin Türkiyə vətəndaşlığından çıxarılması ilə bağlı qərarı əsaslandırıb. Qeyd edək ki, uzun illərdir ABŞ-da yaşayan FETÖ rəhbəri F.Gülən Türkiyədə dövlət çevrilişinə cəhdə və digər cinayətlərdə …

Read More »

Azərbaycanda adambaşına əmanətin həcmi 21% azalıb

 Azərbaycanda adambaşına düşən bank əmanətlərinin həcmi son bir ildə 21% azalaraq 2017-ci il aprelin 1-nə 410 ABŞ dolları təşkil edib. “Report”un analitik qrupunun hazırladığı hesabata görə, Azərbaycan bu göstəriciyə görə region ölkələri arasında 6-ci yerdədir.  Qeyd edək ki, adambaşına düşən əmanətin həcminə görə bölgədə lider ölkə Türkiyədir (5 514 dollar). Son bir ildə bu ölkədə adambaşına əmanətin həcmi 7% azalıb. Buna əsas …

Read More »

Rusiyanın energetika naziri yaxın illərdə neftin qiymətinin 100 dollara qalxacağına inanmır

Yaxın illərdə dünya bazarında neftin qiymətinin yenidən 2014-cü il səviyyəsinə qayıtması inandırıcı deyil. “Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak CNBC telekanalına deyib: “Yəqin ki, yaxın illərdə neftin qiymətinin üç il əvvəlki səviyyəyə çatması çətindir”. Daha əvvəl Ekvadorun neft naziri Karlos Peres bildirib ki, OPEC üçün neftin uyğun qiyməti 55-60 dollar/bareldir.

Read More »

Azərbaycanı sözdə yox, real əməllərinizlə sevin…

Əsl vətənpərvərlər ölkənin ən çətin zamanlarında daima onun köməyinə gəlir, doğma vətənlərinin hərbi və sosial-iqtisadi böhrandan çıxmasına yardım edirlər. Əgər ölkədə həqiqi vətənpərvər insanlar çoxdursa, o zaman o böhrandan tez çıxır və öz gücünü və var-dövlətini artıraraq çiçəklənir. Belə vətənpərvərlər yoxdursa və ya yox dərəcəsində azdırsa, o zaman dövlətdə tənəzzül başlayır ki, bu da son nəticədə onun məhvinə gətirib çıxarır. …

Read More »

Aleksandr Lapşinin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb

Bloqqer Aleksandr Lapşinin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb. Bu barədə “Report”a A.Lapşinin vəkili Eduard Çernin məlumat verib. Onun sözlərinə görə, yaxın günlərdə iş materialları ilə tanış olacaq. Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, …

Read More »

ABŞ Azərbaycandan çəkilir, Rusiya təşkilatları isə Bakıya yerləşir

Amerika institutlarının ölkəmizdə boş qalan yerlərini müxtəlif təmayüllü qurumlar tutmağa çalışır; Rusiyanın siyasi təşkilatları Bakıda ofis açmaq üçün fəaliyyətə keçiblər ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin xətti ilə bir sıra inkişaf etməkdə olan ölkələrə maliyyə yardımını azaltmaq və ya tamamilə ləğv etmək barədə seçkiqabağı vədini həyata keçirməyə başlayıb. “Yeni Müsavat” ötən saylarının birində ABŞ Dövlət Departamentinin 15 səhifəlik büdcə sənədində …

Read More »

Xocalı aeroportu ətrafında məsələ böyüyür – XİN düşmənə xəbərdarlıq etdi

Azərbaycan beynəlxalq təşkilatlara da çağırış etdi; hərbi ekspert: “Oradan qalxan istənilən təyyarə və ya vertolyot məhv edilməlidir…” Erməni separatçılarının Dağlıq Qarabağın “paytaxtı”nı Şuşaya köçürməklə bağlı həyasız davranışlarının ardınca Xocalı aeroportunun işə salınmasına hazırlıqlara başlaması Azərbaycanda narahatlığa və etirazlara səbəb olub. Heç kəsdə şübhə yoxdur ki, işğalçılar Azərbaycan üçün çox müqəddəs ünvan olan bu məkandan özlərinin hərbi məqsədləri üçün istifadə etmək, …

Read More »