Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Məhkəmə Fətullah Gülənin Türkiyə vətəndaşlığından çıxarılması barədə qərar qəbul edib

Məhkəmə Fətullahçı Terror Təşkilatının (FETO) ABŞ-da gizlənən rəhbəri Fətullah Gülənin Türkiyə vətəndaşlığından çıxarılması barədə qərar qəbul edib. 

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı qərarı Adana 11-ci Ağır Cinayətlər Məhkəməsi verib. 

Məhkəmə ölkənin Ədliyyə Nazirliyinə məktub göndərərək F.Gülənin Türkiyə vətəndaşlığından çıxarılması ilə bağlı qərarı əsaslandırıb.

Qeyd edək ki, uzun illərdir ABŞ-da yaşayan FETÖ rəhbəri F.Gülən Türkiyədə dövlət çevrilişinə cəhdə və digər cinayətlərdə ittiham olunur. Rəsmi Vaşinqton onu Türkiyəyə təhvil verməkdən imtina edir. 

Check Also

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir