Şənbə , 29 İyun 2024

Yearly Archives: 2017

Daimi Nümayəndəlik: ATƏT üzvü olan ölkələrdə islamofob hücumlar və ictimai ritorika narahatlıq doğurur

ATƏT məkanında artan qeyri-tolerant münasibət və müsəlmanlar, xristianlar və digər dinlərin üzvlərinə qarşı ayrıseçkilik cəmiyyətlərimizdə harmoniya və sabitliyə ciddi təhdid mənbəyidir. “Report” xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin aprelin 27-də Vyanada Daimi Şuranın iclasında oxunan bəyanatında deyilir. Sənəddə bildirilir ki, ATƏT üzvü olan ölkələrdə islamofob hücumlar və ictimai ritorika narahatlıq doğurur: “Azərbaycan bu mənfi hallarla mübarizədə …

Read More »

Türkiyə Ali Seçki Şurası referendumun yekun nəticələrini açıqlayıb

Türkiyə Ali Seçki Şurası aprelin 16-da konstitusiyaya dəyişikliklərin edilməsinə dair keçirilmiş referendumun yekun nəticələrini açıqlayıb. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Şuranın rəhbəri Sədi Güvən mətbuat konfransında referendumda seçici fəallığının 87,45 faiz olduğunu bildirib. O qeyd edib ki, 25 milyon 157 min 463 seçici (51,41 faiz) dəyişikliklərin lehinə, 23 milyon 779 min 141 seçici (48,59 faiz) isə əleyhinə səs verib.

Read More »

Portuqaliyada Atom Elektrik Stansiyasının tullantıları üçün poliqon tikiləcək

Portuqaliya hökumətinin yaratdığı işçi qrup ölkədəki Almaras AES-in fəaliyyəti nəticəsində əmələ gələn təhlükəli tullantılar üçün müvəqqəti saxlama yerinin tikintisinə icazə verib. Komissiya bu tikintinin məqbul və təhlükəsiz hesab edərək, buna müsbət rəy versə də, ekoloqlar buna etiraz edirlər. Yaradılmış işçi qrupunun rəhbəri Nunu Lacasta isə deyib ki, “yeni müvəqqəti saxlanma məkanı beynəlxalq alımdə qəbul edilmiş təcrübəyə tam uyğundur”.   AZƏRTAC

Read More »

May ayına olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda may ayına olan hava proqnozunu açıqlayıb.Departamentdən “Report”a verilən məlumata görə, may ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.Bakıda və Abşeron yarımadasındaOrta aylıq temperaturun 17-19 dərəcə isti (gecələr …

Read More »

Naxçıvanda 40349 şagird tibbi müayinədən keçirilib

Naxçıvan Muxtar Respublikasının tam orta məktəblərinin şagirdləri arasında yaz mövsümü ilə əlaqədar aparılan profilaktik müayinələr başa çatıb.Muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, ümumilikdə 40 min 349 şagird tibbi müayinəyə cəlb olunub.Nazirlikdən bildirilib ki, müayinələri aparmaq üçün ixtisaslı həkimlərdən ibarət briqada təşkil edilib.Müayinələrin sonunda 1769 nəfər dispanser qeydiyyatına götürülüb.

Read More »

QHT sədrinin cəzası azaldılıb

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən QHT sədri İlqar Əliyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.“Report”un xəbərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.Qərara əsasən, İ.Əliyevin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası 11 il 6 aya endilib.Qeyd edək …

Read More »

Bakıda özəl klinikada doğulan körpə iki gün sonra ölüb

Bakıda özəl klinikada doğulan uşaq iki gün sonra ölüb. “Report”un xəbərinə görə, hadisə Səbail rayonu Bəşir Səfəroğlu küçəsində yerləşən “İnternational Medical Center” klinikasında qeydə alınıb. Həmin klinikada Günel Həsənbalayeva doğuş edib. Doğulan qızın atası, G.Həsənbalayevanın həyat yoldaşı Əlihüseyn Həsənbalayevin sözlərinə görə, doğuşdan iki gün sonra ana və körpəsi klinikanın doğum şöbəsinin həkimlərinin istəyi ilə evə göndərilib. Körpə qız evdə ölüb. Ə.Həsənbalayev özəl klinikadan şikayət …

Read More »

Ukrayna Azərbaycan üzərindən İrana yük göndərəcək

Azərbaycan Ukrayna mallarının tranzitlə – Xəzər dənizi vasitəsi ilə İrana göndərməyə razılıq verib. “Report”un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi tərəfindən məlumat verilib.Məlumata görə, bu məsələ Bakıda keçirilən Trans-Xəzər Nəqliyyat və Logistika Sərgisi zamanı müzakirə edilib. Ukrayna nazirliklərini, dəmiryol idarəsini və dəniz limanını təmsil edən işçi qrupu Azərbaycan tərəfi ilə Avropa-Qafqaz-Asiya marşrutu ilə bağlı ilk …

Read More »

Rusiyada Azərbaycanın iki vətəndaşı uzun müddətə azadlıqdan məhrum edilib

Rusiyada Vladimir vilayətinin Aleksandrov şəhər məhkəməsinin qərarı ilə iki Azərbaycan vətəndaşı adam oğurluğu və onun əmlakını ələ keçirdiklərinə görə, uzun müddətə azadlıqdan məhrum edilib. “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, Toğrul Dadaşlı və Şahid Quliyev qabaqcadan əlbir olaraq zor tətbiq etməklə və soyğunçuluqla adam oğurluğu cinayətinə görə, məsuliyyətə cəlb olunub. Məhkəmə müəyyənləşdirib ki, 2015-ci ilin noyabr ayının sonlarında azərbaycanlılar …

Read More »

Moskvada Azərbaycan, Rusiya, Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilir

Aprelin 28-də Moskvada Azərbaycan, Rusiya, Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilir. Rusiya XİN-in təşkil etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunur. Qeyd edək ki, Rusiyanın xarici siyasət idarəsinin rəsmisi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirmişdi ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Riçard Hoqland, eləcə də ATƏT sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anjey …

Read More »