Bazar , 3 Dekabr 2023

Moskvada Azərbaycan, Rusiya, Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilir

Aprelin 28-də Moskvada Azərbaycan, Rusiya, Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilir.

Rusiya XİN-in təşkil etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunur.

Qeyd edək ki, Rusiyanın xarici siyasət idarəsinin rəsmisi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirmişdi ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Riçard Hoqland, eləcə də ATƏT sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcəklər.

 

AZƏRTAC

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir