Bazar , 10 Dekabr 2023

Rusiyada Azərbaycanın iki vətəndaşı uzun müddətə azadlıqdan məhrum edilib

Rusiyada Vladimir vilayətinin Aleksandrov şəhər məhkəməsinin qərarı ilə iki Azərbaycan vətəndaşı adam oğurluğu və onun əmlakını ələ keçirdiklərinə görə, uzun müddətə azadlıqdan məhrum edilib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, Toğrul Dadaşlı və Şahid Quliyev qabaqcadan əlbir olaraq zor tətbiq etməklə və soyğunçuluqla adam oğurluğu cinayətinə görə, məsuliyyətə cəlb olunub.

Məhkəmə müəyyənləşdirib ki, 2015-ci ilin noyabr ayının sonlarında azərbaycanlılar bahalı xarici avtomobili olan Aleksandrov şəhər sakinini oğurlamaqdan ötrü qabaqcadan əlbir olublar. Onlar “qaraladığı” şəxsin mobil telefonunu, bank kartlarını, pulunu və “İnfiniti” avtomobilinin açarlarını əlindən alıb.

Zərərçəkən kəskin kəllə-beyin travması alıb. Ona eyni zamanda təxminən 1,5 milyon rubl məbləğində maddi ziyan dəyib.

İstintaq zamanı və məhkəmədə təqsirləndirilənlər günahlarını qismən etiraf ediblər.

Aleksandrov şəhər məhkəməsi Ş.Quliyevin 13, T.Dadaşlının isə 10 il müddətinə azadlıqdan məhrum edilməsiylə bağlı hökm çıxarıb. Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Eyni zamanda, məhkəmə məhkumların zərərçəkənin xeyrinə 1,8 milyon rubldan çox vəsait köçürməsinə dair hökm çıxarıb.

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir