Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

Bakıdan Yerevana köçmüş erməni qadın: “Köçkünlər Ermənistandan qaçmaq üçün fürsət axtarırlar”

“Ermənistanı qorxulu yuxu kimi unutmaq istəyirəm”.
“Report” xəbər verir ki, bu fikirlər Azərbaycandan Ermənistana köçmüş və adı gizli saxlanılan qadının “Epress” qəzetində dərc olunan məktubunda vurğulanıb.
O, 27 ildir Ermənstada yaşadığını, “Yataqxana” qeyri-kommersiya dövlət müəssisəsinin direktoru Murad Mejlumyan və onun himayədarı Ermənistanın Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeqanyan tərəfindən müxtəlif təzyiq və təhqirlərə məruz qaldığını yazıb: “2011-ci ildə Mejlumyandan 6 kv metr qeyri-yaşayış yeri istədim, amma vermədi. Həmin ərazini öz sürücüsünə bağışladı. Mənə dedi ki, belə işlər havayı başa gəlmir. İstəklərini təmin etmədiyimdən qaldığım evə gələrək, oradan çıxmağımı tələb etdi. Bildirdi ki, həmin mənzil özəlləşdirilmədiyindən miqrasiya agentliyi məni oradan çıxara bilər. Evi dağıdıb, məni öldürməklə hədələdi”.
Qadın qeyd edib ki, Miqrasiya Xidmətinin Gülnarə adlı əməkdaşı onu şərləyərək, əxlaqsızlıqla məşğul olmağım barədə yalan məlumatlar toplayıb: “Təzyiq və işgəncələrə yalnız mən yox, qohumlarım da məruz qalır. Onlar məndən aylıq pensiyamı rüşvət olaraq, istədilər. Bunu verməyəndə isə məni 3 aylıq 17 min dram (35 dollar) məbləğində müavinətdən məhrum etdilər.
Bakıdan köçmüş Karen adlı qonşumu isə haqqını tələb etdiyi üçün dəlixanya saldılar. Belə hallar çoxdur. Yüzlərlə köçkünün sənədlərini əlindən aldılar ki, adımızdan bəyanat verib, öz mənfur niyyətləri üçün istifadə etsinlər. Ermənistanda köçkünlərin qazanc mənbəyi olması faktdır”.
O vurğulayıb ki, Ermənistan hökuməti Suriyadan olan erməni qaçqınları isə ən yaxşı yerlərdə mənzillə təmin edirlər.
Məktubda yazılıb ki, sahə müvəkkli, polis əməkdaşı Navasardyan isə baş verən bütün cinayətləri gizlətdiyi üçün mükafatlandırılıb və müstəntiq vəzifəsinə təyin olunub: “Azərbaycandan olan yüzlərlə köçkün işgəncə, təzyiq, rüşvətxorluğun qurbanıdır. Ona görə köçkünlər Ermənistandan istənilən yolla qaçmq üçün fürsət axtarırlar.
R.Teryan və A.Apresyan öz haqlarını müdafiə etdikləri üçün Ermənistan hakimiyyətinin qurbanı oldular. Onları 2004-cü ildə Azərbaycana casusluqda ittiham etdilər. Ona görə də onlara “casus” damğası vurulan Ermənistandan qaçmağa məcbur oldular”.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir