Şənbə , 29 İyun 2024

Yearly Archives: 2017

İlham Əliyevi qəzəbləndirən tikinti hansı nazirə məxsus olub? – Araşdırma

Məlum olduğu kimi, prezidenti İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşayış binasının tikintisi dayandırılıb Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir. Tikinti yerindəki məlumat lövhəsinə görə, Yasamal rayonunda qeyd olunan ünvanda “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı. Lakin tikintini həyata keçirən …

Read More »

“Vətənpərvərliyin təbliğində aprel döyüşləri” layihəsi çərçivəsində tələbələrlə görüş keçirildi – Fotolar

“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətənpərvərliyin təbliğində aprel döyüşləri” adlı layihəsinin ilk tədbirini Anadolu Dövlət Universiteti Azərbaycan Proqramlarının tələbələri ilə keçirdi. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Gülsəba Ələsgərova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Novruz Rəhimov, şəhid Əbdülməcidin, Şulanın, Əlizamanın, Fəxrəddinin, …

Read More »

Elmar Məmmədyarov Malta və İtaliyaya rəsmi səfərə gedib

Xarici işlər naziri Elmar Məmmədyarov Malta və İtaliya Respublikasına rəsmi səfərə yola düşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun Malta və İtaliyandan olan həmkarları və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub. İtaliyaya səfər çərçivəsində Nazir Elmar Məmmədyarov Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunmuş foto-sərginin açılışına qatılacaq, Beynəlxalq Təşkilatlar …

Read More »

3 saylı istintaq təcridxanasına narkotik keçirilməsi cəhdinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş idarəsinin və 3 saylı istintaq təcridxanasının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən həbs edilmiş şəxs – Ağaverdiyev Maksud Eldar oğlu ilə qısa müddətli görüşə gəlmiş bacısı – Bakı şəhər sakini Bayramova Lamiyə Eldar qızının …

Read More »

Ermənilərin növbəti oyunu -“soyqırım”ın tanınması üçün Gürcüstan hökumətinə müraciət edildi

Zəlimxan Məmmədli: “Gürcüstan erməni soyqırımı”nı tanımaq iqtidarında deyil”; Elman Nəsirov: “Niyyətlərinin reallaşması əmsalı sıfıra bərabərdir” Gürcüstanın Axalkalaki bələdiyyəsi, erməni icması və ictimai təşkilatları Gürcüstan rəhbərliyinə müraciət edərək qondarma “erməni soyqırımı”nı tanımağı xahiş ediblər. “Report”un Gürcüstan bürosu xəbər verir ki, müraciətdə 1915-1923-cü illərdə Osmanlı tərəfindən ermənilərə qarşı “soyqırımı” həyata keçirildiyi iddia olunur və onun Gürcüstan hökuməti tərəfindən tanınmasının vacibliyi vurğulanır. “Borçalı” …

Read More »

Reks Tillerson dünya siyasətinin yeni fenomeninə çevrilir

Keçmiş neft baronu yeni administrasiyada Trampdan sonra ən güclü şəxs hesab olunur ABŞ dövlət katibi Reks Tillerson superdövlətin xarici siyasətinin başında, “ləng start”a rəğmən getdikcə qlobal arenada ciddi nüfuz qazanmağa nail olub. Diplomatik sahədə atdığı addımlar onu prezident Donald Trampın əsas adamına çevriməsinə, yüksək etimad qazanmasına gətirib çıxarıb. ABŞ-ın nüfuzlu Politico.com saytının verdiyi məlumata görə, dövlət katibinin Moskva ziyarəti zamanı …

Read More »

Korsikada partlayış bank binasını dağıdıb

Fransanın Korsika adasındakı Korte şəhərində ötən gecə baş vermiş partlayış “Société Générale” bankının ofisinin binasını dağıdıb. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, partlayıcı qurğunun işə düşməsi ilə ofisin binasına ciddi ziyan dəyib. Partlayış dalğası həmçinin yaxınlıqdakı mağazanın şüşələrini çilik-çilik edib. Hadisə yerində partlayıcı üzrə mütəxəssislər və polis çalışır. Hələlik baş verən partlayışa görə heç kim məsuliyyəti üzərinə götürməyib.

Read More »

Bakıda MDB-nin iclasları keçiriləcək

Müstəqil Dövlətlər Birliyinin (MDB) 2 müxətlif orqanlarının iclası Bakıda keçiriləcək. Trend-in məlumatına görə, 29 may-2 iyun tarixlərində Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası şuranın iclası baş tutacaq. Bu iclasın gündəliyinə 20-dən çox məsələ daxil edilib. Bundan başqa, 13-14 iyun tarixlərində MDB ölkələrinin gömrük xidmətləri rəhbərləri şurasının iclası keçiriləcək. Bu iclasda 15 məsələnin müzakirəsi nəzərdə tutulub.

Read More »

“Qarabağ” tarixə düşdü

Ötən gün Premyer Liqada 2016/17 mövsümünün çempionu müəyyənləşib. Ağdamın “Qarabağ” klubu qızıl medalları XXVI turda təmin edib. Əyalət klubu “İnter”lə səfər oyununda (3:0) xal hesabını 56-ya çatdırıb. 2-ci pillədə qərarlaşan “Qəbələ” səfərdə “Kəpəz”ə 0:2 hesabı ilə uduzduğundan Qurban Qurbanovun yetirmələri sona 2 tur qalmış 1-ci yeri təmin edib. İzləyicisini 7 xal qabaqlayan “Qarabağ” ardıcıl 4-cü, ümumilikdə 5-ci dəfə Azərbaycan çempionu …

Read More »