Bazar ertəsi , 1 İyul 2024

Yearly Archives: 2017

MTRŞ sədri: “Ləhcədə, dialektdə danışmamalı, alınma sözlərdən minimum istifadə etməliyik”

“Ədəbi dil normalarının qorunması hər bir kəsin vətəndaşlıq borcu olmalıdır”. APA-nın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. N. Məhərrəmli bildirib ki, hər bir kəs Ana dilini səlis bilməlidir: “Hər birimiz orta məktəbdə “Azərbaycan dili” dərsi keçirik. Bu dərslik Azərbaycanın bütün bölgələrinin dilləri əsasında formalaşıb. O baxımdan biz hər hansı ləhcədə, dialektdə danışmamalı, alınma sözlərdən …

Read More »

Cocuq Mərcanlıda yenidənqurma işlərinin ikinci mərhələsi başa çatıb – FOTO – VİDEO

Cocuq Mərcanlıda yenidənqurma işlərinin ikinci mərhələsi başa çatıb. boyukmillet.com-un “Report”-a istinadən verdiyi xəbərə görə, Cocuq Mərcanlıda ikinci mərhlədə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binalar, poçt binası və digər zəruri infrastruktur obyektlər inşa edilib. 17 hektar ərazidə tikilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Əkin sahələrinin suvarılması üçün nasos stansiyası tikilir. Nasos stansiyasından …

Read More »

Şərqin qüdrətli “qırmızı imperator”unun ikinci tacqoyma mərasimi keçirilir

Qərb ekspertlərinin rəyinə görə, Çin də “liderlərin təkbaşına hökmranlıq etməsi” dəbinə qoşulur Bu günlərdə dünya səviyyəsində maraq doğuran və analitiklərin diqqətlərinin cəmləndiyi siyasi hadisələrdən biri də, heç şübhəsiz, Çin Kommunist Partiyasının XIX qurultayıdır. Ekspertlər bu qurultayın son 20 ildə keçirilən bənzər tədbirlərdən bir çox xüsusiyyətinə görə fərqləndiyini qeyd edirlər.Qurultay Çin lideri Si Tzinpinin mütləq hakimiyyətini rəsmi olaraq təsbit etmək üçün …

Read More »

Şəmistan Əlizamanlının mahnısı Ərdoğana klip oldu – VİDEO

Milli mahnıların, marşların ifaçısı, sevilən müğənni Şəmistan Əlizamanlının bir mahnısı son vaxtlar Türkiyədə populyarlıq qazanıb. Sözləri Nizami Saraçlıya musiqisi və ifası Şəmistan Əlizamanlıya məxsus olan “Turan ellər var olsun” mahnısı qardaş ölkənin televiziyalarında da yayınlanıb.Şəmistan Əlizamanlının sözügedən mahnısının sədaları altında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir neçə versiyada kliplər də hazırlanb. Bu çarxlardan biri “Ahaber” kanalı tərəfindən hazırlanıb və videonun …

Read More »

Azərbaycanlı rejissor Asiya-Sakit Okean Kino Akademiyasının ikinci dəfə qalibi olub

Azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” filminin beynəlxalq kinofestivallarda uğurları davam edir. AZƏRTAC xəbər verir ki, film Asiya-Sakit Okean Kino Akademiyasının tarixində ikinci dəfə təqdim edilən “Young Cinema Award” mükafatına layiq görülüb. Kinorejissor noyabrın 23-də dünya kino sənayesində “Asiya Oskarı” kimi tanınan mükafatın təqdimetmə mərasimində iştirak edəcək. Xatırladaq ki, “Young Cinema Award” mükafatı ilk və ya ikinci debüt filmlərin müəlliflərinə verilir. …

Read More »

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən məlumata görə, təkanlar yerli vaxtla saat 13:21-də Xəzər dənizində qeydə alınıb.Maqnitudası 3.0, dərinliyi 9 km olan zəlzələ hiss olunmayıb.

Read More »

Prezident İlham Əliyev Ukrayna Baş nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Stepan Kubiv Ukrayna Prezidenti Petro Poroşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı. Söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı Ukrayna …

Read More »

Kiyevdə 700 nəfər parlament binası qarşısında etiraz edir

Kiyevdə Ukrayna Ali Radasının binası qarşısında təqribən 700 nəfərin iştirak etdiyi aksiya keçirilir. Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, etiraz aksiyası Qruşevski küçəsində davam edir. Bu küçədə etirazçılar çadırlar qurublar. Etirazçıların düşərgəsində vəziyyət sakitdir. Qeyd edək ki, bu gün Ukrayna parlamenti etirazçıların tələblərinin yerinə yetirilməsi ilə bağlı bir sıra qanun layihələrini nəzərdən keçirə bilər. Onlar deputatlardan Antikorrupsiyaya Məhkəməsinin yaradılmasını, parlament …

Read More »

İstanbulda “D-8” Zirvəsinin Nazirlər Şurasının iclası işə başlayıb

İstanbulda “İnkişafda olan səkkizlər”in (D-8) dövlət və hökumət başçıları Zirvəsinin Nazirlər Şurasının iclası işə başlayıb. “Report”un Türkiyə bürosu xəbər verir ki, Türkiyə tərəfi ev sahibliyi etdiyi bu tədbirə Azərbaycanı xüsusi qonaq statusu ilə dəvət edib. Nazirlər Şurasının iclasının açılışında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun, Pakistanın xarici işlər naziri Kavaca Asifin və başqalarının çıxışları dinlənilib. Sonra “D-8”ə sədrlik Pakistandan Türkiyəyə keçib. …

Read More »

Ağsu aşırımında sürüşmə olub, magistral yolda çatlar əmələ gəlib – FOTO

Ağsu aşırımında sürüşmə olub, magistral yolda çatlar əmələ gəlib. “Report”un Şirvan bürosunun məlumatına görə, son günlər intensiv yağışlar səbəbi ilə sürüşməyə meyilli ərazilərdə aktivlik müşahidə olunub. Ağsu rayonu ərazisində mövcüd sürüşmə nöqtələrində uçqunlar baş verib. Sürüşmə əsasən Bakı-Ağsu-Yevlax magistralının Ağsu rayonu ərazisindən keçən hissəsində, yolun 142, 148, və 153-cü kilometrliyində qeydə alınıb. Sürüşmənin baş verdiyi ərazilərdə yolun bir hissəsi çöküb.  Mütəxəssilərin …

Read More »