Şənbə , 27 İyul 2024
Drone Cameras

İstanbulda “D-8” Zirvəsinin Nazirlər Şurasının iclası işə başlayıb

İstanbulda “İnkişafda olan səkkizlər”in (D-8) dövlət və hökumət başçıları Zirvəsinin Nazirlər Şurasının iclası işə başlayıb.

“Report”un Türkiyə bürosu xəbər verir ki, Türkiyə tərəfi ev sahibliyi etdiyi bu tədbirə Azərbaycanı xüsusi qonaq statusu ilə dəvət edib.

Nazirlər Şurasının iclasının açılışında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun, Pakistanın xarici işlər naziri Kavaca Asifin və başqalarının çıxışları dinlənilib.

Sonra “D-8”ə sədrlik Pakistandan Türkiyəyə keçib.

Şurada təşkilatın ötən dövrdəki fəaliyyətinə nəzər yetiriləcək, üzv ölkələr arasında ticarət, sənaye, nəqliyyat, informasiya, maliyyə, qlobal iqtisadiyyatıda əməkdaşlıq, bank işləri, texnolojiyalar, yoxsulluqla mübarizə, insan ressursları, kənd təsərrüfatı, enerji, çevre, səhiyyə, turizm, mədəniyyət, idman sahələrində əməkdaşlığın vəziyyəti və perispektivlər müzakirə olunacaq.

Xatırladaq ki, “D-8” formatına Türkiyə, İran, Pakistan, Bangladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi Türkiyə və İndoneziya “Böyük iyirmilər”in (G-20) üzvüdür. Qeyd edək ki, Türkiyənin sədrliyi dövründə Azərbaycan “Böyük iyirmilər”in toplantılarında xüsusi statuslu qonaq kimi təmsil olunub.

“D-8”in yaranması ideyası İslam Əməkdaşlıq Təşkilatının 1996-cı il oktyabrın 22-də İstanbulda keçirilmiş toplantısı çərçivəsində meydana çıxıb və bir il sonra təşkilatın İstanbul Zirvə toplantısı ilə təsis olunub. “D-8” ötən dövrdə böyük inkişaf yolu keçib. Hazırda təşkilat Zirvə, Şura və Komissiyalardan ibarət 3 əsas rəhbər struktur tərəfindən idarə olunur.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir