Bazar , 12 May 2024
Drone Cameras

Şəmistan Əlizamanlının mahnısı Ərdoğana klip oldu – VİDEO

Milli mahnıların, marşların ifaçısı, sevilən müğənni Şəmistan Əlizamanlının bir mahnısı son vaxtlar Türkiyədə populyarlıq qazanıb.

Sözləri Nizami Saraçlıya musiqisi və ifası Şəmistan Əlizamanlıya məxsus olan “Turan ellər var olsun” mahnısı qardaş ölkənin televiziyalarında da yayınlanıb.
Şəmistan Əlizamanlının sözügedən mahnısının sədaları altında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir neçə versiyada kliplər də hazırlanb. Bu çarxlardan biri “Ahaber” kanalı tərəfindən hazırlanıb və videonun sonunda titrdə Şəmistan Əlizamanlıya təşəkkür edir.

Boyukmillet.com Turkustan.info-ya istinadən xəbər verir ki,  Ş.Əlizamanlı qardaş ölkədə mahnısına göstərilən bu cür diqqət və sevgidən məmnun olduğunu söyləyib: “Təqdim etdiyimiz bir çox mahnılarımız Türkiyədə, Türk dünyasında sevilir, dinlənilir. Bu mahnının son vaxtlar Türkiyədə yenidən canlandırılması bizi məmnun etdi”.

Sözügedən videonu təqdim edirik:

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir