Bazar , 3 Noyabr 2024
Drone Cameras

MTRŞ sədri: “Ləhcədə, dialektdə danışmamalı, alınma sözlərdən minimum istifadə etməliyik”

“Ədəbi dil normalarının qorunması hər bir kəsin vətəndaşlıq borcu olmalıdır”.

APA-nın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

N. Məhərrəmli bildirib ki, hər bir kəs Ana dilini səlis bilməlidir: “Hər birimiz orta məktəbdə “Azərbaycan dili” dərsi keçirik. Bu dərslik Azərbaycanın bütün bölgələrinin dilləri əsasında formalaşıb. O baxımdan biz hər hansı ləhcədə, dialektdə danışmamalı, alınma sözlərdən minimum istifadə etməliyik. Alınma sözlərdən yalnız Azərbaycan dilində qarşılığı olmayanda istifadə olunmalıdır. Bu məsələdə əsas iş ziyalılarımızın, QHT-nın, ümumiyyətlə, cəmiyyətin fəal qisminin üzərinə düşür. Mən ədəbi dil normalarının qorunması ilə bir müddət əvvəl keçirilən konfransda da çağırış etdim ki, ziyalılar, QHT, cəmiyyətin fəal qismi bu işdə öndə getsinlər. Çünki Azərbaycan dilində danışanların sayı nə qədər azalırsa, bu, Azərbaycan dilinə ziyan vurur. Hər birimiz doğma torpağımızda, Azərbaycanda yaşayırıqsa, dilimizin inkişafına çalışmalıyıq, dilimizin zəifləməsinə yox”.

N. Məhərrəmli telekanallarda ədəbi dil normalarına riayət olunması sahəsində monitorinqlərin davamlı şəkildə aparılacağını da qeyd edib: “Amma bu məsələdə əsas iş mütəxəssislərin üzərinə düşür. Dil sahəsində çalışan Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu, dil üzrə ayrıca Dövlət Komissiyası var. Onlar bu sahədə fikirlərini deməlidir. MTRŞ yalnız mütəxəssislərin rəyi əsasında hər hansı tədbir görə bilər”.

N. Məhərrəmli AMEA Dilçilik İnstitutunun hazırladığı və ədəbi dil normalarının pozulmasına görə inzibati cərimələri nəzərdə tutan layihə ilə hələ tanış olmadığını da bildirib: “Bu layihə ilə tanış olduqdan sonra fikir deyə bilərəm”.

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir