Bazar , 3 Noyabr 2024
Drone Cameras

Türkiyədən “Qarabağ” – “Atletiko” matçındakı epizoda şərh: “Yüz faiz penaltidir!”

Çempionlar Liqasının qrup mərhələsinin III turunda keçirilən “Qarabağ” – “Atletiko” (0:0) matçının 74-cü dəqiqəsində matçın baş hakimi Ruddi Bukenin qonaqların qapısına penalti təyin etməməsi müzakirələrə səbəbə olub.

Dino Ndlovu rəqibin cərimə meydançasının daxilində Dieqo Qodin tərəfindən kobudluğa  məruz qalsa da, fransız referi ağdamlıların forvardının simulyasiya etdiyini düşünüb.

Nəticədə o, Ndlovuya ikinci sarı vərəqəni göstərərək afrikalı hücumçunu meydandan qovub.

Bəs, görəsən, hakimin qərarı nə dərəcədə doğru idi? Suala aydınlıq gətirmək üçün Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sabiq sədri Mustafa Çulcu ilə əlaqə saxladıq. Yenicag.az az saytına açıqlama verən “TRT Spor”da yayımlanan “Taktiki Analiz” verilişinin şərhçisi, sabiq FİFA referisi, “Hürriyet” qəzetinin yazarı sualımıza belə cavab verdi:

“Yüz faiz penaltidir! Dino Ndlovu rəqibini aldatdıqdan sonra özünü niyə yerə atsın ki? Dieqo Qodin topa toxunmamış rəqibinin ayaqlarını yerdən kəsir və onu yıxır. Bu, açıq-aşkar penaltidir və əsla simulyasiya deyil. Nəzərə alaq ki, ikili mübarizə zamanı rəqib oyunçuya təmas var. UEFA isə bu cür epizodlarda “sarı vərəqə göstərməyin” deyir. Bir daha deyirəm, bu epizodda penalti təyin edilməli idi”.

 

boyukmillet.com

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir