Şənbə , 6 İyul 2024

Yearly Archives: 2017

Azərbaycanın özlərini partladan kəşfiyyatçılarının dəfnindən 20 il ötür

Bu gün II Fəxri xiyabanda Azərbaycanın 7 nəfər xüsusi təyinatlı kəşfiyyatçısının torpağa tapşırılmasının 20 illiyi ilə əlaqədar anım mərasimi keçirilib. “Report”un məlumatına görə, anım mərasimində kəşfiyyat rupunun rəhbəri olmuş polkovnik Xətai Baxışov, kəşfiyyat qrupunda iştirak etmiş Aqil Əhmədov, general-mayor Mayıs Barxudarov, qazi Rey Kərimoğlu, Aprel döyüşlərinin qaziləri və şəhidlərin yaxınları iştirak ediblər. Onlar şəhidlərin məzarı üzərinə tər güllər qoyublar. X.Baxışov bildirib ki, …

Read More »

Hava şəraitinin dəyişməsi ilə əlaqədar DYP sürücülərə müraciət ünvanlayıb

Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət ünvanlayıb. “Report”un xəbərinə görə, idarə hava şəraitinin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədi ilə sürücülərin nəzərinə çatdırır ki, havaların dəyişməsi və ümumilikdə qış mövsümünə keçidlə əlaqədar istifadə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə, xüsusilə də …

Read More »

Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşündə iştirak edib. “Report” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi və hər iki ölkənin xarici işlər nazirləri iştirak ediblər. Ardından görüş təkbətək formatda davam edib.

Read More »

Bravo, Büyükfırat! – Daha bir şöbə Əhmədlidəki hipermarketdə açıldı

Boyukmillet.com xəbər verir ki, artıq Əhmədli sakinləri də “Bravo” hipermarketinin nəzdində bu gün açılışı olan restoranın xidmətlərindən istifadə edə biləcəklər. Filialının rəmzi açılışını bildirən lenti kəsən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və Azərbaycan Türkyə Evinin başqanı Tənzilə Rüstəmxanlı öz xeyir-dualarını veriblər. “Halal ləzzət dünyası” şüarına hər zaman sadiq qaldıqlarını bildirən “Büyükfırat” Qrupun prezidenti Hüseyin Büyükfırat bu restoranların …

Read More »

“Binə“də 23 yaşlı oğlan özünü asdı

“Binə” ticarət mərkəzində intihar hadisəsi baş verib.Boyukmillet.com-un “Report”a istinadən məlumatına görə, ticarət mərkəzində satıcı işləyən Buzovna sakini, 1994-cü il təvəllüdlü Xalid Sadıq oğlu Hüseynov özünü asaraq intihar edib. Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə haddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. 

Read More »

Qərbi azərbaycanlılarla görüş keçirilib

Beynəlxalq Diaspor Mərkəzi (BDM), Dünya Azərbaycanlıları Konqresi (DAK) və Azərbaycan Qaçqınlar Cəmiyyətinin (AQC) birgə təşkilatçılığı ilə Abşeron rayonunun Mehdiabad qəsəbəsində məskunlaşan Ermənistandan deportasiya olunmuş soydaşlarımızla görüş keçirilib. Nahar süfrəsi ətrafında təşkil olunmuş görüşdə Qərbi azərbaycanlıların deportasiyanın növbəti ildönümü anılıb. Tədbiri giriş sözü ilə açan BDM sədri dr. İsmayıl Ağayev bildirib ki, görüşün təşkil olunmasında məqsəd soydaşlarımızın deportasiyasını anmaq və xalqımızın …

Read More »

Etibar Pirverdiyevin qohumu olduğunu iddia edən şəxsin videogörüntüsü – VİDEO

Xəbər verdiyimiz kimi Bakı şəhər sakini Cəfər Həsənəliyev saytımıza müraciət edərək, Sumqayıt Texnologiyalar Parkının audit rəisi Faiq Ağayev və Rübabə Ağayeva tərəfindən onun həyat yoldaşı Lalə İbrahimovaya qarşı dələduzluq edilib. C. Həsənəliyev iddia edir ki, F. Ağayev Etibar Pirverdiyevin yaxın qohumudur və onun nəzarətində olan STP-da audit rəisi vəzifəsində çalışır. C. Həsənəliyevin saytımıza göndərdiyi video görüntünü sizə təqdim edirik.  P.S. …

Read More »

Kərkükdə İraq hökumət qüvvəlləri ilə kürd separatçıları arasında toqquşma

Ərəb mediasının yaydığı xəbərə görə, oktyabrın 16-da Kərkükə daxil olan İraq hökumət qüvvələri ilə kürd peşmərqə silahlıları arasında toqquşmalar baş verib. Boyukmillet.com-un Report-a istinadla məlumata görə, toqquşmalar bölgənin cənubunda, sənaye rayonunda baş verib, bir sıra rayonlarda atəş səsləri eşidilir. “Rudaw” kürd telekanalının yaydığı məlumata görə, peşmərqə dəstələri hökumət qüvvələrinin dörd hərbi maşınını yandırmağa müvəffəq olub. İraq Kürdüstanının prezidenti Məsud Barzani isə …

Read More »

Zəlzələ

Bu gün saat 15:38 radələrində  Mingəçevir ərazisində zəlzələ qeydə alınıb. Boyukmillet.com-un Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, 3,3 maqnitudalı zəlzələnin ocağı 27 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Read More »

Suriya və Türkiyə Arasinda Gərginlik- “Dərhal geri çəkilin”

Suriya Türkiyə ordusunun İdlibdə başlatdığı hərbi əməliyyatları pisləyib və əsgərlərin dərhal bölgədən geri çəkilməsini tələb edib. Boyukmillet.com bildirir ki, bu haqda Suriyanın SANA xəbər agentliyi məlumat yayıb. Suriyanın Xarici İşlər Nazirliyi Türkiyənin İdlibdəki əməliyyatlarını Suriyanın suverenliyinə və ərazi bütövlüyünə zərbə və beynəlxalq hüquq və prinsiplərin açıq şəkildə pozulması kimi qiymətləndirib.   Müraciət ilə əlaqədar Türkiyədən rəsmi cavab gəlməyib.    

Read More »