Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

İrandakı prezident seçkilərinin ilkin qeyri-rəsmi nəticələri bəlli olub: Pezeşkian rəqibini üstələyir

İrandakı prezident seçkilərinin ilkin qeyri-rəsmi nəticələrinə əsasən, islahatçıların təmsilçisi Məsud Pezeşkian mühafizəkar rəqibi Səid Cəlilini üstələyir.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin “Tasnim” agentliyi məlumat yayıb.

“İndiyədək sayılmış səslərə görə, cənab Məsud Pezeşkian cənab Səid Cəlilini üstələyir, hesablama Pezeşkianın xeyrinə davam edir”, – agentlik qeyd edib.

Bununla belə, “Tasnim” sözügedən ilkin nəticələrin qeyri-rəsmi olduğunu, hesablamanın yekunlaşmadığını vurğulayıb.

“Rəsmi statistika bir neçə saat sonra elan olunacaq”, – agentlik diqqətə çatdırıb.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …